Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Rusiya postları?

28 avqust, 2021 13:59

Xəbər verildiyi kimi, Qubadlının Aşağı Cibikli kəndi yaxınlığında avqustun 25-də Azərbaycan sərhədçisinə edilmiş xain hücumun ardınca Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Qubadlıdan keçən hissələri bağlanmışdı. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra dünən axşam erməni tərəfi yolda hərəkətin bərpa edildiyini bildirib. Yolda hərəkətin bərpa edilməsinə dair Azərbaycan tərəfinin hansısa yeni şərtlər qoyduğu barədə erməni mənbələrində xəbərlərə rast gəlinir. Rəsmi Bakı hələlik nə yolun bağlanmasını, nə açılmasını şərh etməyib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının və Ermənistanın kapitulyasiyasının ardınca Azərbaycan o cümlədən Qubadlı istiqamətində sovet dövrü sərhədlərini bərpa edib və orada möhkəmlənib. Hərbi əməliyyatlar dayandırılanda erməni bölmələri Qubadlının sərhədboyu yaşayış məntəqələrinin bəzilərini hələ nəzarət altında saxlayırdı və daha sonra danışıqlar nəticəsində bu ərazilərin

Azərbaycana döyüşsüz təhvil verilməsi baş tutdu. Nəticədə hələ sovet dövründə çəkilmiş Gorus-Qafan yolunun təxminən 21 kilometrlik hissəsi (Şahverdilər-Çayzəmin və Şurnux-Dərbənd kəndləri arasından keçən) Azərbaycanın nəzarətinə keçmiş oldu. Azərbaycan tərəfi xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər bu yoldan gediş-gəlişə icazə verib, amma erməni tərəfinin təxribatları indiki situasiyanın yaranmasına gətirib çıxarıb.

Qafan meri Qorq Parsyan ötən axşam özünün Facebook səhifəsində bildirib ki, yolda hərəkətin təşkilində dəyişiklik yoxdur, amma yolun Şahverdilər-Çayzəmin kəndləri arasında keçən hissəsində nəqliyyatın hərəkətini yavaşıtmaq üçün beton bloklardan ziqzaqvari maneələr yaradılıb. “Rusiya sərhədçiləri yolun bu hissəsinə nəzarət edəcək”,-Parsyan bildirib.

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Armen Xaçatryan isə ötən axşam Gorus-Qafan yolundan çəkdiyi videonu paylaşıb. Yolun “tam təhlükəsiz” olduğunu bildirib, amma əlavə təhlükəsizlik tədbiri kimi Azərbaycan sərhədçilərinin beton bloklardan ziqzaqvari maneə qurduqlarını da göstərib.

Rusiya sərhədçilərinin məhz həmin beton blokların qarşısında (yəni Qubadlı ərazisində) öz postlarını qurduqları bildirilib.

Lakin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, polkovnik Arman Maralçyan bildirib ki, KİV-lərdə yayılan bu məlumatlar düzgün deyil. Gorus-Qafan yolunda Rusiya sərhədçilərinin nəzarət-buraxılış məntəqəsi yaradılmayıb və hərəkət əvvəlki qaydada davam edir.

“Heç bir nəzarət-buraxılış məntəqəsi yoxdur. Yol açıqdır. Hərəkət bütün növ nəqliyyat üçün bərpa edilib”,-Maralçyan bildirib.

Xatırladaq ki, yolun açılması haqda xəbərlərdən sonra Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı barədə məlumat açıqlanıb. Bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti , 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları kontekstində Qarabağ nizamlanmasını müzakirə ediblər(virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"