Ermənistan Rusiyadan "Orion" döyüş PUA-ları, S-400 və "Pantsir"lər almaq istəyir - "Armiya 2021" sərgisi...

29 avqust, 2021 10:47

Bu günlərdə Moskva ətrafında Rusiya Müdafiə Nazirliyinin hər il təşkil etdiyi beynəlxalq ordu oyunları ilə yanaşı silah sənayesinin ən  yeni məhsullarının nümayiş olunduğu “Armiya-2021” satış-sərgisi də keçirilir.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Azərbaycan beynəlxalq ordu oyunlarının açılış mərasimində müdafiə nazirinin müavini, general Nizam Osmanov səviyyəsində iştirak edib. Azərbaycan nümayəndə heyətinin “Armiya-2021” silah sərgisinə maraq göstərdiyi haqda məlumatlar yoxdur. Qeyd edək ki, Azərbaycan 44 günlük ikinci Qarabağ müharibəsindən sonra öz ordusunu daha da modernləşdirir, amma bu sahədə daha çox Türkiyə və İsraillə işləməyə üstünlük verir.

Ermənistan Moskvaətrafındakı silah sərgisində müdafiə naziri Arşak Karapetyan başda olmaqla geniş tərkibli nümayəndə heyəti ilə qatılıb. Və Moskvadan gələn xəbərlərə əsasən artıq Ermənistan Rusiyadan bir sıra yeni silahların alınmasına dair həmin sərgi çərçivəsində müqavilələr imzalayıb.

Rusiyanı yenidən Ermənistanı silahlandırmağa başlaması Azərbaycan rəhbərliyinin öz narahatlığını və narazılığını publik şəkildə açıqlaması ilə müşaiyət olunub. Prezident İlham Əliyev CNN Türk-ə müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyətini anlamır və bunu məntiqsiz hesab edir. Dövlət başçısı xatırladıb ki, Rusiya əvvəllər Ermənistana milyardlarla dollarlıq silahı havayı verib.  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirib ki, Moskvanın məqsədi “regionda hərbi tarazlıq” yaratmaqdır.

Ermənistan ordusu 44 günlük müharibə zamanı darmadağın edilib və indi onu yenidən qurmaq üçün milyardlarla dollar lazımdır. Ermənistanda isə belə pullar yoxdur və deməli Rusiyadan yeni silahlar bu ölkəyə ya “hədiyyə” olaraq, ya da güzəştli kreditlər hesabına verilə bilər. Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən həftə jurnalistlərə bildirib ki, Rusiya Ermənistan ordusunun yenidən qurulması üçün onlara köhnə silahlar təklif edib. Amma onlar bundan imtina ediblər, ancaq yeni silahlar alacaqlarını deyiblər.

Bəs Ermənistan hansı yeni Rusiya silahları alıb və ya almaq istəyir? Virtualaz.org xəbər verir ki, “Armiya-2021” sərgisini izləyən türkiyəli videobloqer Cem Kıran maraqlı məqamların şahidi olub. Bloqer Ermənistan nümayəndə heyətinin sərgini gəzərək “Orion-9” və “Orion-10” zərbə pilotsuz təyyarələri, S-400 “Triumf” zenit-raket kompleksləri və “Pantsir” zenit kompleksinin modernizə edilmiş versiyaları ilə yaxından maraqlandığını görüb.

Bloqer bildirir ki, sərgidə Rusiyanın “Kronştad” şirkətinin işləyib hazırladığı, dəfələrlə Suriyada sınaqdan keçirilən və göstəriciləri “Bayraktar TB2” döyüş PUA-larına yaxın olan “Orion” PUA-larını çəkmək istərkən Ermənistan müdafiə naziri başda olmaqla bu ölkənin geniş tərkibli nümayəndə heyəti ilə qarşılaşıb. Cem Kıran erməni nümayəndə heyətinin “Orion” PUA-larının göstəriciləri ilə yaxından maraqlandığını, rusiyalı rəsmilərlə müzakirələr apardığını görüb.

Sərgidən hazırladığı digər videosunda isə  bloqer Ermənistan müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətinin S-400 komplekslərinin ətrafında rusiyalı rəsmilərlə müzakirələr apardığını,  bu komplekləri yaxından araşdırdığını gördüyünü deyir. Və bildirir ki, Ermənistanın Rusiyadan silahlı PUA-lar, yeni hava hücumundan müdafiə sistemləri almaq niyyətləri bu ölkənin öz ordusunu yenidən quraraq “3-cü Qarabağ müharibəsinə hazırlaşdığını” göstərir.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən Rusiya və Ermənistan hərbi rəhbərlikləri arasında intensiv təmaslar, qarşılıqlı səfərlər və danışıqlar gedir. Ermənistan rəhbərliyi bildirir ki, ordunu Rusiyanın dəstəyi ilə ordunu yenidən qurmaq istəyirlər və artıq bir sıra yeni silahlar alınıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI