"Cənab Qriqoryan, nə baş verir? - Siz müharibəyə hazırlaşırsınız?"

30 avqust, 2021 18:07

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində regionda yeni müharibə riskinin olduğunu təsdiqləyib.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Qriqoryan regionda yeni müharibə təhlükəsinin heç vaxt aradan qalxmadığını bildirib. O, Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq toplanışa çağırılması ilə bağlı danışarkən bunları deyib.

Aparıcı Qrayr Tamrazyan Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi və Ermənistanın yenidən silahlanmasına cavab olaraq Bakının atacağı qabaqlayıcı addımlar barədə son bəyanatlarını da xatırladaraq soruşub:

-Cənab Qriqoryan, gəlin ehtiyatda olan hərbçilərin üç aylıq toplantısı haqda danışaq. Nə baş verir? Siz müharibəyə hazırlaşırsınız? Yeni qəfil hücum təhlükəsi varmı?

Armen Qriqoryan deyib:

-Azərbaycanla bizim aramızda hansısa müqavilə yoxdur ki, indi biz onun qəfil pozulması haqda danışaq. Aydındır ki, 10 noyabr üçtərəfli bəyanatı regionda müəyyən stabilizasiyaya gətirib çıxardı, amma məsələni tam həll edə bilmədi.

Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, dəhlizin məcburən açılmasına gəldikdə isə Ermənistan ordusu və ölkənin müdafiə sistemi Ermənistanın suveren ərazilərini müdafiə etməyə hazırdır. O, Ermənistanın regionda bütün kommunikasiyaların eyni vaxtda açılmasının tərəfdarı olduğunu bildirib.

"Üç aylıq toplantıya gəldikdə bu,  ordu islahatlarının məntiqinin bir hissəsidir. 44 günlük müharibə zamanı bizim ehtiyatdan çağırılan qüvvələrin hazırlığı ən ciddi məsələlərdən biri idi. Biz bu məqamı nəzərə alaraq üç aylıq toplantılar təşkil edirik. Müdafiə qabiliyyətimizi artırmaq, səfərbərlik resursundan effektiv istifadə etmək istəyirik.

Regionda destablizasiyaya gəldikdə isə müharibə təhdidi heç vaxt aradan qalxmayıb. Heç kim deyə bilməz ki, regionda müharibə təhdidi yoxa çıxıb",-Qriqoryan deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"