Lavrovun Mirzoyanla görüşdə səsləndirdiyi iki təzadlı fikir

01 sentyabr, 2021 00:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında iki fərqli fikir söyləyib. Lavrov əvvəlcə deyib ki, Rusiya müxtəlif səviyyələrdə rəsmi Bakıya siqnallar göndərir ki, Azərbaycanda saxlanılan erməni hərbçilər ilkin şərt irəli sürülmədən Ermənistana qaytarılsın. Lavrov bunun ardınca bildirib ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar.

Lavrov bu mövzuda fikrini belə yekunlaşdırıb:

"Erməni hərbçilərin Ermənistana qaytarılması vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”.

"Azsiyaset" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın ilk xarici səfərini Rusiyaya etməsi və Rusiya XİN başçısı ilə görüşünü şərh edərkən qeyd edib.

E.Şahinoğlu fikrini davam etdirərək bildirib ki, Sergey Lavrov bu sözlərinin qarşılığında Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan, minalanmış ərazilərin xəritəsindən və ya Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıması gərəkliyindən bircə kəlmə də deməyib:

“Bəlli idi ki, Rusiya rəsmiləri azərbaycanlı həmkarlarıyla qapalı görüşlərdə erməni hərbçilərin azad olunmasını xahiş edirlər. Lavrov qapalı görüşlərdə səslənən və ermənilərə xoş gələn fikri bu dəfə mətbuat konfransında açıq şəkildə səsləndirdi. Erməni saytlarının tamamı dərhal “Lavrov erməni əsirlərin azad olunmasını tələb edib” kimi başlıqlar çıxarıb.

Fikrimcə, Lavrovun bu açıqlaması ziyanımıza deyil, rusiyalı rəsmilərin bölgədəki vəziyyət haqqında nə düşündüklərini açıq səsləndirmələri bizim üçün də faydalıdır. Biz də Rusiyanın siyasəti haqqında heç nəyi gizlətməməliyik. Prezident İlham Əliyev son müsahibəsində Rusiyanın vasitəçiliyi ilə Azərbaycana verilən mina xəritələrinin böyük hissəsinin saxta olduğunu vurğuladı. Digər tərəfdən, Lavrov özü də etiraf edib ki, Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbçilər Azərbaycana 9 noyabrdan (10 noyabr üçtərəfli bəyanıtından – red.) sonra keçiblər. Bu halda Moskvaya sual ünvanlamalıyıq: Ermənistan niyə Rusiya prezidentinin vasitəçilçiliyi ilə 10 noyabrda imzalanan bəyanatı pozub və Azərbaycana diversant qruplar göndərib?”

Politoloqun fikrincə, Lavrovun açıqlaması Azərbaycana təzyiq mənası daşıyır:

“Təzyiq qarşısında erməni diversantların sərbəst buraxılması doğru olmaz. Nə vaxt ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi, o cümlədən sərhədlərin müəyyənləşməsi ilə bağlı sənəd imzalamağa hazır olar, erməni diversantların məsələsinə o zaman qayıdıla bilər.

Kreml Azərbaycanla Ermənistan arasında “balansı” ikincinin xeyrinə açıq şəkildə pozmaqdadır. Rusiya Müdafiə Nazirliyi son açıqlamalarının birində atəşkəsin Azərbaycan tərəfdən pozulduğuna eyham vurdu, Qarabağdakı sülhməramlılar Azərbaycana mesaj anlamı daşıyan təlimlər keçirirlər və indi də Lavrov “erməni əsirlərin qeyd-şərtsiz sərbəst buraxılmasından” danışır. Azərbaycan XİN Lavrovun cavabını vermək məcburiyyətindədir”.

Qeyd edək ki, erməni mediası Mirzoyanın Moskvada “isti” qarşılanmasından, o cümlədən Rusiyanın Minsk Qrupunun fəaliyyətini bərpa etməkdə maraqlı olmasından da bəhs edir. Erməni politoloqların fikrincə, Rusiya artıq regionda tam söz sahibidir. Buna baxmayaraq, erməni politoloqlar Rusiyanın necə qərar verəcəyi haqda olduqca şübhəli mövqe sərgiləyiblər. Onlar Rusiyanın etibarlı olmamasına vurğu edirlər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"