Rəsmi Bakı "Taliban" hakimiyyətini tanıyacaqmı?

02 sentyabr, 2021 14:46

Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşım və şərhlərdən "Taliban"ın Əfqanıstandakı hakimiyyətinə iki cür yanaşmanın olduğu müşahidə edilir. Bir qrup istifadəçi radikal qrupun ölkəni məhvə apardığını düşünür, digər qrup “Taliban”a ehtiyatla, bəzən də rəğbətlə yanaşır. 

“Təkcə Azərbaycanda deyil, beynəlxalq birlik daxilində də “Taliban”a yanaşmada ikili rəy mövcuddur. Əksər ölkələr 1990-cı illərdə 4 illik bədnam iqtidarı ilə nüfuzu böyük ölçüdə mənfiləşmiş radikal qrupla əlaqə qurmaqda təmkinli, ehtiyatlı yanaşma sərgiləyir. Əsas gözlənti “Bu, 20 il əvvəlki “Taliban” deyil” bəyanının əməli isbatıdır. Buna görə də bir çox dövlət hələlik qruplaşmanın müxtəlif təmsilçiləri ilə açıq və ya gizli təmaslara girməklə, əslində, necə deyərlər, “Taliban”ı dişə vurur”. 

Azsiyaset.com bunu yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əziz Rzazadə bildirib. 

Onun sözlərinə görə, son 40 ildə Əfqanıstan 2 işğal dövrü görüb, lakin ilk 20 ildən fərqli olaraq, bu Şərq ölkəsində cəmiyyətin müxtəlif siyasi-dini, habelə etnik bölünməsi hazırda daha kəskindir: “Çeşidli ölkələrdən maddi və siyasi dəstək alan qruplar arasında silahlı rəqabət azalmır. Cəmiyyətin fərqli təbəqələrini bir araya gətirmək indiki halda çətindən çətin işdir. Xüsisilə, “Taliban”ın Əfqanıstanın gələcəyi ilə bağlı görüşlərini mülki idarəçiliyə alışmış cəmiyyətin müəyyən qismi qəbul etmir. Dini qaydalarla idarə olunacaq “Əfqanıstan Əmirliyi” ideyasına həm siyasi, həm də silahlı müqavimət qaldıqca və artdıqca ölkənin xoş aqibətinə inam günbəgün öləziləyəcək”.  

“Azərbaycan “Taliban”ın hakimiyyətini tanıyacaqmı” sualını siyasi şərhçi belə cavablandırıb:

“Əfqanıstan bölgəmizdən uzaqda yerləşən coğrafiyadır. İndi beynəlxalq birliyi narahat edən məsələ yalnız Əfqanıstanda silahlı qarşıdurmanın dayandırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən inklüziv hökumətin qurulması deyil. “Taliban” hakimiyyətini qəbul etməyən insanlar axın-axın qonşu ölkələrə üz tuturlar. Azərbaycan sərhədlərində hələlik bu hal müşahidə edilməyib. Lakin “ehtiyatlı igidin anası ağlamaz” atalar məsəli də unudulmamalıdır. 

Rəsmi Bakının yeni rejimi tanıyıb-tanımayacağı da “Taliban”ın davranışından asılı olacaq. Təkrar edirəm, “Taliban” 20 il əvvəlki “Taliban” olmadığını isbatlamalıdır. Hələlik bu mesajı almış radikal qrup kəskin təpki doğuracaq addımlar atmayıb. Azərbaycanın baxış bucağından ən böyük maraq isə Əfqanıstanın terror yuvası damğasını üzərindən atmasıdır. Çünki radikal cərəyanlara meyllənən bəzi Azərbaycan vətəndaşlarının Əfqanıstanda qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları məlumdur. Onların bir neçəsi artıq mühakimə olunub, ya da zərərsizləşdirilib. Bunun qarşısını ümumən almaq üçün terrorun meydan oxuduğu yaxın coğrafiyalarda qaynar nöqtələrin ləğv edilməsi, sabitliyin bərqərar edilməsi istəyi rəsmi Bakının əsas mövqeyidir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"