Zaxarova Türkiyə-Ermənistan münasibətlərindən danışdı - "Rusiya hər zaman..."
02 sentyabr, 2021 19:30
Moskva Ankara və İrəvan arasında münasibətlərin yaxşılaşması üçün fəaliyyətini davam etdirməyə hazırdır.
"Azsiyaset" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya hər zaman Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasının tərəfdarı olub və bu prosesdə aktiv iştirak edib.