"Rusiya bunu düzəltməsə, Qarabağa heç mismar da gətirə bilməyəcək" - Deputat

04 sentyabr, 2021 09:56

Dünyanın bir çox ölkələri kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Rusiya artıq belə görünür ki, fikrini dəyişib və Dağlıq Qarabağı Azərbaycanın ərazisi saymır.

Rusiya Müdafiə Nazirliyi Qarabağa yerləşdirilmiş sülhməramlılarına xidmət üçün tender elan edib və elanın mətnində Dağlıq Qarabağ Respublikası ifadəsini işlədib.

Bu, texniki səhv də ola bilər, ancaq belədirsə də, çox güman ki, bu, Rusiyanın Cənubi Qafqazda stereoptiplərini əks etdirən bir məqamdır.

Yox, əgər səhv deyilsə, bu, regionun gələcəyini müəyyənləşdirəcək hadisələrə işarə verən əlamət sayıla bilər.

Azərbaycan bu məsələyə hələ ki, rəsmi münasibət bildirməyib, ancaq rəsmi Bakının mövqeyi belədir ki, Qarabağın statusu məsələsi artıq gündəmdə deyil və Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

Buna baxmayaraq, hazırda keçmiş Dağlıq Qarabağda inzibati hakimiyyət özünü "Dağlıq Qarabağ" və ya "Artsax Respublikası" elan etmiş separatçıların əlindədir və bölgə 2000 Rusiya sülhməramlısının nəzarətindədir.

Elanda yazılıb: "Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna hərtərəfli qulluğun təşkili və aparılması üzrə xidmətlərin göstərilməsi".

Erməni sosial media istifadəçiləri bunu Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağı ayrıca respublika olaraq tanıması kimi şərh edir, xəbər saytları isə Azərbaycanda Rusiya MN tender elanındakı "Dağlıq Qarabağ Respublikası" ifadəsilə bağlı "isterika" baş qaldırdığını qeyd edirlər.

Azərbaycanda bəzi təhlilçilər hesab edir ki, Rusiya Müdafiə Nazirliyi tender elanında belə bir ifadəni qəsdən seçib və Azərbaycana təzyiq üçün istifadə edir.

Rusiyadakı MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov deyir ki, bu ifadədə qeyri-adi heç nə görmür.

"Biz başa düşürük ki, Rusiya Federasiyasının rəsmi doktrinası deyir ki, status müəyyən edilməyib, burada belə bir şey görmürəm", o BBC Azərbaycancaya deyib.

"Bəli, Azərbaycan statusun cəhənnəmə getdiyini bəyan edir... Minsk Qrupunun əsas qurucuları - ABŞ, Fransa və Rusiya Federasiyası dünya siyasətinin münaqişəli gündəmləri haqqında fərqli fikirlərə sahibdirlər, amma Dağlıq Qarabağın statusunun müəyyən olunmadığı və onun hələ müəyyən olunacağı barədə onlar eyni fikirdədirlər", deyə o əlavə edib.

Elan Rusiya hökumətinin satınalmalar saytında avqustun 13-də yerləşdirilib.

Millət vəkili Aydın Mirzəzadə ümid edir ki, Rusiya Müdafiə Nazirliyinin satınalma elanında ifadə olunan "Dağlıq Qarabağ Respublikası" texniki yanlışlıqla yazılıb.

"Rusiya Azərbaycanın ərazi bütovlüyünü tanıyır, üçtərəfli 10 noyabr və 11 yanvar sazişlərini imzalayanlardan biridir və belə bir xəta yol verilməzdir,"- millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.

O əlavə edib ki, Azərbaycan buna ciddi reaksiya verməlidir və "Rusiya tərəfi bu xətanı mütləq düzəltməlidir".

Millət vəkili Rasim Musabəyov da bunu texniki səhv hesab edir və deyir ki, Rusiya bunu düzəltməsə, o tenderin qalibi Azərbaycana "heç mismar da gətirə bilməyəcək".

Onun fikrincə, bunun texniki xəta olub-olmadığını Rusiyanın davranışı göstərəcək: "Hər halda, bizim etirazımız nəzərə alınarsa, bunu texniki səhv kimi qiymətləndirmək olar. Yox, əgər təkid edib o şəkildə saxladıqları halda bu, siyasi məsələ olacaq".

Aydın Mirzəzadə hesab edir ki, artıq "Dağlıq Qarabağ anlayışı yoxdur, Azərbaycan Respublikası var və müvəqqəti Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi anlayışı var. Rusiya bu məsələlərdə həmişə bu terminləri gözləməlidir".

Millət vəkili əlavə edib ki, Rusiya rəsmiləri indiyə kimi "keçmiş Qarabağ məsələsində" beynəlxalq hüquq normalarını gözləməyə çalışıblar. "Hər halda araşdırılmalıdır. Mən fikir söyləməyə tələsmirəm. Bu, artıq Rusiya tərəfindən araşdırılmalıdır. Qoy araşdırsınlar, səhvdirmi, bilərəkdəndirmi, bu xətanı törədən cəzalandırılmalıdır".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"