Ermənistanda fermerlər İrəvan-Arazdəyən yolunu bağladı - FOTO

04 sentyabr, 2021 15:48

Ermənistanda üzümün alış prosesindən narazı olan fermerlər İrəvan-Arazdəyən yolunu bağlayıblar.

Bu barədə “Azsiyaset” “shamshyan.com”a istinadən xəbər verir.

Etiraz aksiyasının keçirildiyi əraziyə çox sayda polis əməkdaşı gəlib.

Fermerlər Ararat vilayətinin qubernatoru və hökumət nümayəndəsi ilə görüşməyi tələb edirlər.