Ermənilər Şuşaya gəlib, iş istəyir - Qarabağda son durum

05 sentyabr, 2021 11:41

Ermənistan hökuməti müharibə vaxtı Qarabağdan İrəvana gedən ermənilərə verdiyi aylıq 68 min dram müavinəti kəsib. Ermənilər deyir ki, əksəriyyəti bu müavinətin üzünü görmədilər, hökumət isə bu proqramın cəmi 4 ay nəzərdə tutulduğunu bildirir.

Proqramda əsas prinsip Xankəndiyə qayıdan ermənilərə üstünlük verilməsi idi. Erməni mənbələr yazır ki, əksər erməni Xankəndiyə gəlir, “müvəqqəti yaşayış” yerində, yaxud qohumlarının evində qeydiyyata düşür, sosial müavinəti aldıqdan sonra geriyə - Ermənistana qayıdır. Proqramın dayanmasının səbəblərindən biri də budur.

İrəvanda “qarabağlılar” kimi qəbul edilən ermənilərin əksəriyyəti Ermənistanın müxtəlif yerlərində müvəqqəti yerləşdirilib. Ermənistana gedən ermənilər geri qayıtmaq istəmirlər. Misal üçün, vaxtilə keçmiş Ağdərə rayonunda yaşamış erməni Karen Şirinyan deyir ki, “orada (Qarabağda) heç bir iş və yaşamaq yeri yoxdur”.

“Bizə işlə təmin edilmək üçün proqramların yaradılacağını desələr də, aylardır heç nə edilmədi. Orada yaşaya bilmirik, Ermənistanda da bizə baxmırlar”, - Şirinyan deyir.

Xankəndidə yaşayan Marina Zakaryan isə getmək istədiklərini bildirir.

Hazırda “qarabağlı” kimi qəbul edilən ermənilər iki hissəyə bölünüb:

- birincilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayanlardır: onlar aylıq 68 min dram müavinət alır, lakin işsizlik və qalmaq üçün yer problemi ilə üzləşir. Zakaryan deyir ki, yay bitir, qışda çətinlik daha çox olacaq; başqa biri isə qeyd edir ki, şampun, tualet kağızı, sabun, yuyucu tozu və digər şeylər alırsan, on minlərlə dram edir, bizə aylıq verilən pul 2-3 gün ərzində bitir;

- ikincilər Ermənistana gedənlərdir: onların sayı daha çoxdur, çünki əksəriyyəti işğal dövründə Qarabağ ətrafı rayonlara qanunsuz yerləşdirilmişdi, həmçinin, böyük qismi Qarabağa aylıq pulu almaq üçün gəlir və geri qayıdırlar; Ermənistan hökuməti artıq onları yük olaraq görür və aylıq müavinət əvəzinə “iş yerləri” vədini verməkdə davam edir.

Son məlumatlara görə, Azərbaycan Qarabağda rabitə əlaqəsini məhdudlaşdırır: internet, mobil əlaqə və s. problemləri yaşanır. Bununla yanaşı, ciddi su problemi var.

1. Bakı bu istiqamətdə həlqəni daha da daraltmalıdır;

2. Qarşıdan qış gəlir: bu, elektrik enerjisi, təbii qaz problemlərini də özü ilə gətirəcək; Xankəndiyə elektrik enerjisinin bir qismi Şuşa yarımstansiyasından verilir, zaman-zaman “texniki problemlər” yarana bilər; yaxud, ərzaq qıtlığına səbəb olacaq hadisələr də baş verə bilər.

Orada həyat nə qədər çətin olacaqsa, bu, bizim maraqlarımıza uyğundur: əksəriyyəti gedəcək, gedə bilməyənlər də vətəndaşlığı qəbul etmək qarşılığında bizdən iş istəyəcək; bir neçə həftə öncə Şuşaya gələn və Azərbaycan əsgərindən iş istəyən ermənilər bunun real nümunəsidir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"