Ermənistanda Azərbaycan dili öyrədiləcək - Mərkəz açıldı

06 sentyabr, 2021 22:01

Ermənistanda Azərbaycan Dili Mərkəzi açılıb.

"Azerbaijani Language Center" adlı mərkəzin rəhbərliyi erməni mətbuatına danışarkən bildirib ki, mərkəzdə dil öyrənməklə yanaşı, müxtəlif axtarış sistemləri və robotlarlarla məlumat toplamağı da öyrədiləcək.

Mərkəzin direktoru hesab edir ki, bu dili yalnız xüsusi xidmət orqanlarının əməkdaşları deyil, sadə vətəndaşlar da bilməlidir.

"Artıq mərkəzə qeydiyyat üçün müraciət edən ermənilərin sayı artır", - deyə bildirib.