İranda kürd-azərbaycanlı qarşıdurması - Gərginlik davam edir

07 sentyabr, 2021 10:07

İranın Türkiyə və İraqla sərhədə yaxın bölgəsində yerləşən, Qərbi Azərbaycan ostanlığına aid olan Sulduz şəhərində azərbaycanlılarla kürdlər arasında qarşıdurmanın davam etdiyi bildirilir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, əvvəllər ancaq azərbayanlıların yaşadığı, Cənubi Azərbaycan şəhəri olan Sulduza son illər etnik kürdlərin köçürülməsi şəhərdə demoqrafik vəziyyəti dəyişib və vaxtaşırı olaraq kürdlərlə azərbaycanlılar arasında gərginlik yaşanır.

Xəbər verildiyi kimi bir neçə gün əvvəl PKK-çı kürd yaraqlıları Sulduzun Saxsıtəpə kəndinə basqın edərək qadınları və uşaqları döyüb, bəzi qadınları zorla dağa qaçırmaq istəyib. İran təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndə basqınına laqeyd qalıb.

 

Bu hadisənin səbəbi isə Saxsıtəpə kəndində azərbaycanlı qadına sataşan bir kürdün öldürülməsidir. Həmin şəxs tutulub, amma kürdlər yerli polis idarəsinin qarşısına toplaşaraq ona divan tutmaq istəyiblər. Tələb ediblər ki, tutulan kəndli onlara təhvil verilsin. Buna cavab olaraq azərbaycanlılar da toplaşıb və polis idarəsinin qarşısına yürüş edib. İki kütlə arasında qarşıdurmanın və əlbəyaxa davanın olduğu bildirilir.

Cənubi Azərbaycandan olan fəallar bildirirlər ki, Sulduzda gərginlik davam edir, hadisələrin böyüməsi və bütün vilayətə yayılması  riski var. Bölgədə azərbaycanlılar yaşayan kəndlərin sakinləri qorxu içindədir, onlar PKK yaraqlılarının yeni basqınlarından ehtiyat edirlər.  Azərbaycanlı fəallar deyirlər ki, İran hakimiyyəti kürdlərin azərbaycanlıları sıxışdırmasına və onlara mütəmadi hücumlar həyata keçirməsinə göz yumur. Hesab edilir ki, İran hakimiyyəti Türkiyə ilə sərhədə yaxın ərazilərdə demoqrafik vəziyyəti dəyişdirməyə çalışır , azərbaycanlıların bu bölgədə çoxluqda olmasını istəmir. Bu səbəbdən Qərbi Azərbaycan əyalətinə kürd köçü təşviq edilir.

Hazırda bölgədə demoqrafik vəziyyətin necə olduğuna dair dəqiq rəqəmlər yoxdur. Amma 3.5 milyona yaxın əhalisi olan Qərbi Azərbaycan osmanlığında əvvəllər azərbaycanlılar çoxluqda olub, indi isə sünni kürdlərin sayının onları keçdiyi təxmin edilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"