Azərbaycanın Su-25 hücum təyyarəsi Qarabağda 58 düşmən hədəfini vurub - VİDEO

09 sentyabr, 2021 10:09

Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini-2021” hərbi təlimlərinə qatılan Su-25 hücum təyyarəsinin fyuzelyajındakı 58 ulduz işarəsi sosial şəbəkə istifadəçilərinin və aviasiya üzrə ekspertlərin diqqətini cəlb edib. Belə ki, aviasiya ənənələrinə görə, hərbi pilotun döyüşdə vurduğu hədəflərin sayı qədər ulduz işarələri onun idarə etdiyi təyyarənin fyuzelyajına həkk olunur. İndiki halda bu hücum təyyarəsinin üzərindəki 58 ulduz işarəsi 44 günlük Qarabağ müharibəsi zamanı vurulan 58 düşmən hədəfi deməkdir.

Bu fakta avia.pro saytı da diqqəti cəlb edir. Və qeyd edir ki, mənbələr həmin Su-25 hücum təyyarəsinin ötən ilin payızında Qarabağda döyüş əməliyyatlarında iştirak etdiyini və erməni qüvvələrinin mövqelərinə, müxtəlif hədəflərə zərbə endirdiyini bildirir.

Azərbaycan bu müharibədə pilotlu aviasiyadan geniş miqyasda istifadə etməsə də hərbi əməliyyatların gedişində Su-25 hücum təyyarələri düşmənin möhkəmləndirilmiş atəş nöqtlərinə, beton bunkerlərinə, hava hücumundan müdafiə qüvvələrinin mövqe rayonlarına və canlı qüvvənin, texnikanın cəmləşmə rayonlarına əsasən lazerlə hədəfə yönləndirilən bombalarla zərbələr endirib. Azərbaycan Müdafiə Nazirliyinin həmin günlərdə yaydığı videokadrlarda bu zərbələr əks olunurdu.

“TurAz Şahini-2021” Azərbaycan-Türkiyə birgə təlimlərində üzərində çoxsaylı ulduz işarələri olan daha bir hücum təyyarəsi görünüb, amma onun üzərindəki ulduzların sayı nisbətən azdır-38 ulduz, yəni 38 vurulmuş hədəf.

Xatırladaq ki, Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini” birgə təlimləri hər il keçirilir, bu təlimlərdə  türkiyəli və azərbaycanlı pilotlar qarşılıqlı təcrübə mübadiləsi həyata keçirməklə yanaşı birgə hava əməliyyatlarının planlaşdırılmasını və tətbiqini də sınaqdan keçirirlər(virtualaz.org)

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"