Azərbaycan BMT-də Ukraynanın lehinə səs verdi - Qazaxıstan və Ermənistan əleyhinə...
10 sentyabr, 2021 12:57
"Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət haqqında" məsələ BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəminə daxil edilib.
Keçirilən səsvermədə 71 ölkə lehinə, 12-si əleyhinə səs verib, 45-i bitərəf qalıb. Bu dəfə Azərbaycan da Ukraynanı dəstəkləyib və lehinə səs verib.
Postsovet ölkələrindən yalnız Ermənistan, Belarus və Qazaxıstan Rusiyanın yanında yer alıb.