Xankəndində tezliklə separatçı-quldur qalmayacaq - Bakı-Ankara hərbi alyansı yeni mərhələdə

11 sentyabr, 2021 11:25

Azərbaycanda Türkiyə generallarının sayı artdı - Şuşa Bəyannaməsinin məntiqi davamı; İrəvanı sülhə vadar etmək üçün hərbi güc amili önə çıxır; “Stəkanda fırtına” yaratmağı sevən Ermənistan öz şəriksiz yiyəsi Rusiyaya da asi çıxacaqmı?..

Ermənistan rəhbərliyinin sülh ritorikasında nə dərəcədə səmimi olduğu tezliklə üzə çıxacaq. Siyasi müşahidəçilərə görə, baş nazir Nikol Paşinyan bu yolla ən əvvəl “status” məsələsini, Minsk Qrupu mövzusunu gündəmdə saxlamağa və növbəti dəfə vaxt udmağa da çalışa bilər. Ancaq bu cür oyunbazlıqla əsas məsələdən yayınmaq getdikcə çətinləşir.

Əvvəla, o səbəbə ki, Paşinyanın partiyası seçkilərdə qalib gəldiyi üçün indi onun daxili auditoriyanı populist vəd və şüarlarla sakitləşdiməsinə, böyük sülhlə bağlı həddən ziyadə ehtiyatlı, ürkək davranmasına lüzum yoxdur. Əksinə, erməni toplumu son parlament seçkilərində bir daha hakim partiyanı qalib eləməklə Paşinyana sülh sifariş verib, müharibə yox.

İkincisi, Güney Qafqazda siyasi ab-havanı daha Ermənistan müəyyən eləmir. Ayrı sözlə, İrəvanın hansısa xam xəyalla yaşaması regionda gedən proseslər üçün önəmli deyil. Bölgədə söz sahibi olan ölkələrin post-müharibə dövrü üçün mövqeyi isə artıq qətiləşib. Azərbaycan, Türkiyə tezliklə beynəlxalq hüquqa, yəni ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanımasına əsaslanan böyük sülh anlaşmalarının imzalanmasını tələb edir.

Öz növbəsində Rusiya Ermənistanın status tələbini dəstəkləmir və Rusiya XİN-in rəhbəri Sergey Lavrovun az öncə bəyan elədiyi kimi, bunu qeyri-real, ən yaxşı halda “gələcəyin işi” sayır, regionda tam barış və birgəyaşayış bərqərar olandan sonra mümkün hesab edir. Bu isə illər deməkdir. Aydındır ki, ona kimi Qarabağda sonuncu separatçı-quldurun da axırına çıxmaq Azərbaycandan ötrü çətin olmayacaq. Ya da onlar Qarabağda böyük quruculuq prosesi fonunda öz pozucu fəaliyyətlərinin mənasızlığını anlayıb xoşluqla  ərazimizi tərk edəcəklər.

Yəni əslində Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşı deyil. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın son açıqlamasından da bunu sezmək olar.

“Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri diqqətlə izləyirik” -  Zaxarova srağagünkü brifinqdə bildirib.

“Təəssüf ki, Qarabağ nizamlanmasında tərəflər arasında siyasi məsələlərlə bağlı prinsipial fikir ayrılıqları qalır. Ona görə də məhz indiki mərhələdə üçtərəfli bəyanatların bütün bəndlərinin ciddi şəkildə icrasını prioritet hesab edirik. Əlbəttə ki, bura ilk növbədə atəşkəs rejiminə riayət olunması, kompleks humanitar problemlərin həlli, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması aiddir. Ümid edirik ki, məlum addımlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün şərait yaradacaq və yekun siyasi nizamlanmaya çıxaracaq”, - deyə o qeyd edib.

Diqqət edildi yəqin ki, Zaxarova da öncə 10 noyabr kapitulyasiya sənədinin icrasını, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını vacib sayır, sonra isə “yekun siyasi nizamlama”dan danışır. Münasibətlərin normallaşması isə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqdan keçir. Bunu Moskvada da başa düşürlər.

Demək, rəsmi İrəvan bunun əksində israr eləməklə, “atı arabanın dalına bağlamaq”la faktiki öz şəriksiz yiyəsi Rusiyanın mövqeyi əleyhinə gedir. Ancaq təkrar edirik, 44 günlük müharibədəki rüsvayçı kapitulyasiyadan sonra məğlub ölkə heç bir söz sahibliyinə malik deyil və sadəcə, “stəkanda fırtına” yaratmaqla məşğuldur.

Özləri bilər. Sərt reallıq belədir ki, zaman 10 aydır Ermənistanın əleyhinə işləyir və İrəvan böyük sülhü iqnor edib özündən uzaqlaşdırmaqla sövq-təbii müharibəni yaxınlaşdırır. Hansı müharibə ki, əksər hərbi ekspertlərə görə, bu dəfə “artsax”ın yox, Ermənistanın özünün statusu məsələsini gündəmə gətirəcək. Yəni onun dünyanın siyasi xəritəsində qalmasını sual altına salacaq.            

Türkiyədə və Azərbaycanda iki qardaş ölkənin intensiv şəkildə davam etdirilən ortaq hərbi təlimləri, o sırada Laçında xüsusi təyinatlı qüvvələrin birgə manevrləri bunun ən bariz xəbərçisidir və erməni qaynar başları üçün, rus sülhməramlılarının arxasında gizlənən və hələ də “göylə gedən” Xankəndi separatçıları üçün, nəhayət, soyuq duş effekti yaratmalıdır. Sonra gec ola bilər.

Bu arada Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi özünün yeni və daha yüksək mərhələsinə keçməkdədir. Belə ki, ölkəmizdə Türkiyə Silahlı Qüvvələrinin Xidmət Qrupu Komandanlığı yaradılıb. Qrupa 4 general təyin edilib.

Məlumata əsasən, Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib. Həmçinin, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.

4 generalın təyin edilməsi ilə Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı nümayəndəliyinin sayı da artıb. Bu olayı Şuşa Bəyannaməsinin məntiqi davamı da saymaq olar. İrəvana xəbərdarlıq başqa daha hansı şəkildə edilməlidir ki, bir daha o, odla oynamasın, özünü kapitulyasiya aktına imza atan tərəf kimi aparsın? (musavat.com). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"