"Büdcədə neft gəlirlərinin payı 60 faizə qədərdir" - "Qeyri-neft gəlirlərimiz hətta cari xərcləri belə örtə bilmir"

11 sentyabr, 2021 14:17

Qubad İbadoğlu: “Azərbaycan büdcəsi inkişaf büdcəsindən çox istehlak büdcəsinə çevrilir”

2022-ci ildədövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılır. Bu vəsaitin yarıdan çoxu – 52.4 faizi Dövlət Neft Fondundan birbaşa transfert hesabına formalaşacaq. Hökumətin icmal büdcə ilə bağlı proqnozuna görə, Fondan daxilolmalar mərhələli şəkildə azaldılaraq 2025-ci ildə 10 milyard manat civarında olacaq. Neft gəlirlərinin ilbəil kəskin aldığını nəzərə alsaq, Fond üçün bu xərcləri ödəmək aktivlərin əriməsinə gətirib çıxara bilərmi?

Aktual suallardan biri də hökumətin 28.9 milyardı necə xərcləməyi planlaşdırdığı barədədir.

İqtisadçı alim Qubad İbadoğlu “Press Klub”-a şərhində bildirib ki, gələn ilin büdcəsinin hər 100 manatından 18 manat 64 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 53 qəpiyi müdafiə və təhlükəsizliyə, 12 manat 91 qəpiyi təhsilə, 12 manat 37 qəpiyi sosial müdafiə və təminata, 8 manat 38 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa, 8 manat 11 qəpiyi dövlət aparatının saxlanmasına, 6 manat 60 qəpiyi xarici borclara xidmətə, 5 manat 68 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 4 manat 98 qəpiyi səhiyyəyə, 3 manat 40 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1 manat 58 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə, 98 qəpiyi ətraf mühitin mühafizəsinə, 86 qəpiyi mənzil kommunal təsərrüfatına, 69 qəpiyi elmə xərclənəcək.

Neft Fondundan büdcə transferinin həcminin aktivlərə təsirinə gəlincə ekspert bunları deyib: “Maliyyə Nazirliyinin açıqlamasında bəlli olur ki, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin uzunmüddətli dövrdə dayanıqlığını təmin etmək məqsədilə növbəti illərdə Fonddan büdcəyə transferlər hamar və mərhələli şəkildə azaldılacaq. Amma, proqnoz göstəricilərindən bunun əskini görmək olur. Belə ki, Fonddan büdcəyə transfertlərin azalması yüz milyonlarla proqnozlaşdırıldığı halda Fondun gəlirləri ilə xərcləri arasında fərq milyardlarla ölçülür. Belə olan halda mövcud fiskal siyasət aktivlərin daha sürətlə əriməsinə gətirib çıxaracaq”.

Q.İbadoğlu hesab edir ki, bunun qarşısını almaq üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənməsinə nail olmaq lazımdır.

“Bu isə açıqlamada təsdiqini tapmır. Belə ki, 2022-ci il üçün büdcə gəlirlərinin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini ARDNF-dan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Bunlar açıq və birbaşa mənbələrdir. Bununla yanaşı büdcəyə qarışıq və dolayı mənbələrdən də neft pulları daxil olur. Onu da nəzərə alanda büdcə gəlirlərində birbaşa və dolayı neft gəlirlərinin payı 60 faizə qədərdir. Hesab edirəm ki, bu da dövlət büdcəsinin neft gəlirlərindən ciddi asılığın davam etməsinin təsdiqidir”,-deyə iqtisadçı vurğulayıb.

Ekspert təəssüflər qeyd edir ki, bu asılılığı 2015-2016-cı illərdə azaldan hökümət sonradan yenə də Neft Fondundan transfertlərin artırılması siyasətini dəstəklədi.

Büdcə xərclərinə gəlinсə, Qubad İbadoğlu xatırladır ki, növbəti il xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək.

“Baxın, büdcənin ən yaxşı halda 47,6 faizi qeyri-neft gəlirləri hesabına təmin olunarsa, bu mənbədən daxil olmalar büdcəsnin 68,7 faizlik cari xərcilərinin heç 75 faizini belə örtmür. Yəni əgər büdcəyə neft pulları daxil olmazsa onda bizimi qeyri-neft gəlirlərimiz hətta cari xərcləri belə örtə bilmir. Bu isə büdcənin ciddi dayanıqlıq problem sayıla bilər. Bu açıqlamada diqqəti cəlb edən və gələn ilin büdcəsini bu ilkindən fərqləndirən cəhətlərdən biri də büdcənin cari xərclərinin artırılması, iqtisadi fəaliyyətlə bağlı xərclərinin azaldılmasıdır. Əlsində bu büdcənin istehlak yönününü gücləndirən dəyişiklikdir. Bu isə o deməkdir ki, bu siyasətlə Azərbaycan büdcəsi inkişaf büdcəsindən çox istehlak büdcəsinə çevrilir. Belə olan halda isə inkişafı özəl bölmə hesabına təmin etmək tələb olunur. Bu isə özəl bölməyə vergi, gömrük və digər ödənişlər üzrə təşfiqlər və stimullar verməklə mümkündür” – deyə, Q. İbadoğlu bildirib. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"