Əli İnsanovun köməkçisi saxlanılıb

06 sentyabr, 2020 18:39

Haqq Ədəlat Partiyası İdarə Heyətinin üzvü, partiya sədrinin köməkcisi Rəşad Abbaslı dünən 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

“İndiyədək Abbaslının harada olması barədə nə ailəsinə, nə də Haqq Ədalət Partiyasına hər hansı məlumat verilməyib. Rəşad Abbaslının valideynləri yaşadıqları ərazidəki Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində olublar. Polis Abbaslını itkin düşmüş şəxs kimi qeydə alıb,” – deyə Haqq Ədalət Partiyasından bildiriblər.

Xatırladaq ki, Haqq Ədəlat Partiyasının sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.