Kataloniyanın müstəqilliyi tərəfdarlarının yürüşünə 400 minə yaxın adam toplaşdı - "ABC"

13 sentyabr, 2021 00:11

Kataloniya günündə Barselonada bölgənin İspaniyadan ayrılaraq müstəqil olmasını istəyənlərin yürüşü keçirilib. 

"Azsiyaset" xəbər verir ki, moderator.az bu barədə İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir. Müxtəlif mənbələrə görə, nümayişdə 100-400 min arasında adam iştirak edib.

Kataloniya Milli Assambleyasından verilən məlumata görə, şənbə günü “Gəlin mübarizə aparaq və müstəqilliyimizə nail olaq” şüarı altında keçirilən nümayişdə təxminən 400 min insan iştirak edib. Hadisə Kataloniya gününə təsadüf edib. Eyni zamanda, Barselona şəhər qvardiyası təxminən 100 000 adam sayıb.

Via-Layetana küçəsi ilə enən nümayişçilər Barselona Polis İdarəsinin qarşısından keçərək “Rədd olsun İspaniya bayrağı!”, “Onların payını verək!” şüarlarını səsləndiriblər.

Bir neçə saat sonra polislərin üzərinə şüşə qablar “uçduqda” gərginlik artmağa başlayıb və əsas izdihamdan ayrılan kiçik etirazçı qrupu şəhər mülkiyyətini dağıdaraq yandırıb.

Bu arada etiraz aksiyasının Kataloniya hökuməti ilə mərkəzi icra hakimiyyəti arasında keçiriləcək masaarxası dialoqdan bir həftə əvvəl baş verdiyini də nəzərinizə çatdıraq.

LAURA VILAQRA, Kataloniya jeneralitat başçısının müşaviri: “Xeyr, biz hələ danışmamışıq. Hər halda, indi tezliklə nəşr olunacaq bəyanatımızı yekunlaşdırırıq. Həmçinin danışıqlar masasında kimlərin əyləşəcəyi haqqında da məlumat veriləcək”.

MARTA VILALTA, Kataloniya solçu respublikaçılarının rəsmi nümayəndəsi: “Vətəndaşların bütün qüvvələrini öz müqəddəratını təyin etmək hüququmuzdan istifadə etmək istədiyimizə dair xüsusi bəyanatla İspaniya dövlətinə müraciət edə bilmələri üçün istiqamətləndirməliyik”.

Kataloniya Sosialist partiyasının lideri və Barselona meri Rafael Kasanovanın abidəsi önünə ənənəvi gül çələngi qoyulmasından sonra iki tərəf arasında dialoqa ehtiyac olduğunu vurğulayıb.

SALVADOR İLYA, Kataloniya parlamentində Kataloniya Sosialist partiyasının lideri: “İstəyirik ki, bu Kataloniya günü bütün katalonlar arasında səmimi və vicdanlı dialoqun başlamasına töhfə versin, qarşılaşdığımız imkanlar və çətinliklər fonunda bundan faydalanmağımızı təmin edəcək bir fikir birliyi olsun”.

ADA KOLAU, Barselona meri: “Hansı məqamlarda razılaşa biləcəyimizi görmək üçün dialoqa və bir-birimizi dinləməyə əsaslanaraq işləməliyik”.

Bu görüş İspaniya hökumətinin Barselona hava limanının genişləndirilməsi üçün investisiyanı dayandırmasından sonra baş tutacaq. Və indi hər iki tərəf bu müqavilələrin şərtlərinə yenidən baxmağa hazırdır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"