Üçtərəfli bəyannamədən 300 gün sonra - Qarabağda hansı işlər görüldü?

14 sentyabr, 2021 17:18

Mənbə: Notizie Geopolitiche

Müəllif: Dariuş Rahiminiya

Azərbaycanın Qarabağ regionu əfsuslar olsun ki, 1990-cı illərdən Ermənistanın onu işğal etməsi üzündən münaqişə zonası kimi tanınıb. Üstəlik, Ermənistanın işğal etdiyi bölgə tək bu ərazi ilə məhdudlaşmayıb, Şərqi Zəngəzur (o cümlədən Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl rayonları) torpaqlarını da əhatə edib.

İşğal 2020-ci il noyabrın 9-dək davam edib. Nəhayət, Azərbaycan Respublikası Silahlı Qüvvələri qısa, lakin qanlı müharibə nəticəsində 30 ildən çox Ermənistanın işğalında qalmış torpaqlarını azad edib, bununla da münaqişəyə son qoyulub. Həmin gün Azərbaycan, Ermənistan və Rusiya liderləri Üçtərəfli bəyannaməyə imza atıblar, bununla da bölgədə döyüşlər dayandırılıb.

Həmin vaxtdan Azərbaycan işğaldan azad etdiyi torpaqlarında sürətli yenidənqurma işlərinə başlayıb, bölgənin modernləşdirilməsinə start verilib. Bu mərhələdə Bakı üçün əsas hədəf otuz ildir öz doğma yurdundan didərgin düşmüş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün bölgədə sülhün tam bərqərar edilməsi, ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərinin aparılmasıdır.

Üçtərəfli bəyannamənin imzalanmasında 300 gün keçir. Bəs bu müddətdə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə hansı işləri görə bilib?

Hökumətdən verilən açıqlamaya görə, ötən dövrdə Qarabağ və Şərqi Zəngəzur ərazisində 15 min hektardan artıq ərazi 46 486 ədəd piyada əleyhinə mina və digər partlamamış sursatlardan təmizlənib. Bununla yanaşı, bəyannamənin imzalanmasından sonra mina partlaması nəticəsində aralarında öz vəzifə borclarını yerinə yetirərkən həlak olmuş 2 jurnalist və 1 hökumət rəsmisi də olmaqla, 160 mülki azərbaycanlı həlak olub və ya yaralanıb.

2021-ci il sentyabrın 5-də işğaldan azad olunmuş bölgədə cəmisi 7 aya inşa edilmiş ilk hava limanı – Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə enib. “Azərbaycan Hava Yolları”na məxsus “Airbus S340-500” sərnişin təyyarəsi paytaxt Bakıdan havaya qalxaraq yarım saat sonra Füzulidə eniş edib. Elə həmin gün “Silk Way Airlines” şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi də Füzuliyə enib. Bununla da bölgəyə yüklərin hava yolu ilə daşınmasına start verilib.

Bölgədə 2, 4 və 6 zolaqlı avtomagistrallardan ibarət yol şəbəkəsinin tikintisi (“Zəfər yolu” adlandırılan 101 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa yolu, 39,7 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 83 kilometrlik Xudafərin-Qubadlı-Laçın-Xanlıq-Qubadlı, 124 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, 44,5 kilometrlik Bərdə-Ağdam, 80,7 kilometrlik Toğanəli-Kəlbəcər-İstisu yolları) işğaldan azad olunmuş torpaqlarda müharibə sonrası bərpa planının hansı sürətlə həyata keçirildiyinin göstəricisidir. Mürəkkəb relyefə görə bu yolların bəzilərinin üzərində körpülər və tunellər də salınır.

Bundan başqa, Laçın və Zəngilanda daha iki beynəlxalq hava limanın tikintisi davam edir. Bu mənada, “Azərbaycan Hava Yolları” erməni qəsbkarlığından qurtulmuş ərazilərdə, Qarabağ və Zəngəzur torpaqlarında yeni həyat qurmaq niyyətində olan qaçqın və məcburi köçkünlər üçün yeni iş yerləri açacaq ilk böyük dövlət şirkəti sayıla bilər.

Bölgənin iqtisadi inteqrasiyası, Üçtərəfli bəyannamənin tələblərindən irəli gələrək Azərbaycanı özünün Naxçıvan anklavı, həmçinin xarici ölkələrlə birləşdirmək, ticarət əlaqələrini asanlaşdırmaq üçün yeni dəmir yolu şəbəkəsinin qurulması da nəzərdə tutulub.

Yerlə-yeksan edilmiş, işğal nəticəsində “ruhlar şəhəri”nə çevrilmiş, “Qafqazın Hiroşiması” adlandırılan Ağdam rayonunun baş planı artıq təsdiq edilib. Eyni zamanda, Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərində bir çox tarixi bina və abidələr bərpa olunub, o cümlədən “Xarıbülbül” və “Qarabağ” kimi iki yeni hotel tikilərək turistlərin istifadəsinə verilib. Şuşada işğal dönəmində “səsi kəsilmiş” Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi bir sıra ənənəvi mədəni tədbirlərə yenidən start verilib.

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” adlı pilot layihəyənin icrasına başlanılıb. Onun 2022-ci ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur. Üstəlik, bu konsepsiyanın digər azad edilmiş ərazilərdə də tətbiq olunması planlaşdırılır

Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən 1376 tarixi abidə və arxeoloji obyekti kataloqlaşdıraraq, onların bərpasını həyata keçirməyə başlayıb. Bu abidələr arasında ermənilər tərəfindən dağıdılmış və talan edilmiş müxtəlif təyinatlı mədəniyyət ocaqları – kitabxanalar, muzeylər, musiqi məktəbləri, teatrlar, ibadət yerləri və s. var.

Azərbaycan hökuməti işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib. İndi bölgədə təmiz enerjidən istifadə edilməsi üçün İngiltərənin BP şirkəti ilə birlikdə bu tip enerji mənbələrindən istifadənin təşviqinə başlanılıb

Bu bölgədə əkinçiliyin, arıçılığın inkişafına da xüsusi diqqət yetirilir. “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmaqda olan Ağalı kəndində camışların yetişdirilməsi, süd məhsullarının istehsalı üçün İsrail-İtaliya birgə layihəsinin icrası nəzərdə tutulur.

Beləliklə, Azərbaycan Üçtərəfli bəyannamənin imzalanmasından cəmi 300 gün keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin modernləşdirilməsini layiqincə həyata keçirməkdədir. Qısa müddətdə olduqca müsbət nəticələrin əldə edildiyi ortadadır. Şübhəsizdir ki, bütün bunlar ölkənin iqtisadi vəziyyətini, onun dünya ölkələri ilə iqtisadi və mədəni əlaqələrini daha da yaxşılaşdıracaq.

Ermənistanın 30 illik işğal dövründə viran qoyduğu ərazilərə Azərbaycan cəmi 300 gündə yeni həyat verib, bu istiqamətdə olduqca mühüm nəticələr əldə edib. Bu, ərazilərin məhz Azərbaycana məxsus olduğunun bariz nümunəsidir.

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo