Şimali Koreya iki raket buraxdı - BMT TŞ təcili toplanır

16 sentyabr, 2021 00:30

BMT Təhlükəsizlik Şurası Koreya yarımadasındakı son vəziyyətlə əlaqədar iclas keçirəcək.

"Azsiyaset" xəbər verir ki, iclas Fransa və Estoniyanın təşəbbüsü ilə keçiriləcək.

Qeyd edək ki, çərşənbə günü Şimali Koreya Yapon dənizinə tərəf iki ballistik raket buraxıb.