Linn Treysi Dağlıq Qarabağın statusunun həll edilmədiyini bildirib - Bu, ABŞ-ın mövqeyidirmi?

16 sentyabr, 2021 01:25

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi çərşənbə günü bir daha jurnalistlərə bildirib ki, Dağlıq Qarabağın statusu məsələsinin həllini tapmadığını düşünür.

“Biz Dağlıq Qarabağın statusu məsələsinin həllini tapdığını düşünmürük və hesab edirik ki, iki ölkə arasındakı problemlərin həlli üçün hərtərəfli nizamlanmaya ehtiyac var”, deyə o bildirib.

Beləliklə, o, bir gün əvvəl verdiyi bəyanatı təkrar edib. Azərbaycan XİN bu bəyanatı tənqid edərək, artıq Dağlıq Qarabağ anlayışı olmadığı, münaqişə isə həll edildiyi üçün Amerika səfirinin ifadələrini “yolverilməz” adlandırmışdı.