İrandan Ermənistana silah göndərilib? - Səfirlikdən açıqlama

07 sentyabr, 2020 12:40

"Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır".

Azsiyasət.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyildir.