Qarabağ müharibəsinin ardınca - Rusiya tankları "Harop"lardan qorunacaq?

17 sentyabr, 2021 18:57

Rusiya ordusu tankların müdafiəsi üçün nəzərdə tutulan yeni vasitəni silahlanmaya qəbul edib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Rusiya KİV-ləri məlumat yayıb.

3VD35 sursatı tankların yuxarı yarımsferasını (qüllə hissəsini)  yüksək dəqiqlikli tank əleyhinə raketlərdən, o cümlədən “Javelin” raketlərindən və kamikadze-dronlardan qorumaq üçün nəzərdə tutulub. Bu haqda “Rostex” dövlət korporasiyası bildirir.

Məlumata görə, tanka təhdid yarananda sursat partlayır, aerozol buludu şəklində maneə yaradır və nəticədə tank əleyhinə raketlərin hədəfə yönləndirilməsini pozur. Döyüş sursatı tankların lazer, istilik və optik yönləndirmə sistemlərinə malik raketlərdən qorunması üçündür.

“Rostex” bildirir ki, döyüş sursatı tankın daha nazik zireh təbəqəsinə malik olan yuxarı yarımsferasını qoruyur. Tankların bu hissəsi zərbə PUA-larının və yeni nəsil tank əleyhinə raketlərin hücumu üçün daha zəif nöqtədir.  “Rostex”in silahlar, döyüş sursatları və kamikadze-dronlar klasterinin direktoru Bekxan Ozdoyev deyib ki, sursat tankları o cümlədən aviasiya zərbə vasitələrindən də qoruyur. Hərçənd bu deyilənlərin nə dərəcədə düzgün olduğuna dair videosübutlar yayılmayıb.

Bildirilir ki, 76 millimetrlik döyüş sursatını Mərkəzi elmi-tədqiqat maşınqayırma institutu işləyib hazırlayıb, ağırlığı 1.8 kiloqramdır.

Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun silahlanmasında yer alan İsrail istehsalı “Spike” tank əleyhinə raketləri və “Harop”, “Sky Striker” və digər kamikadze-dronlar Ermənistan ordusunun tanklarına göz açmağa imkan verməyib. O cümlədən “Bayraktar TB2” özünün lazerlə yönləndirilən  MAM-L və MAM-C raketləri ilə çoxsaylı düşmən tankını məhv edib.

Bu müharibə aparıcı ölkələrin hərbi mütəxəssisləri tərəfindən təhlil edilərkən belə qənaət irəli sürülürdü ki, yeni nəsil müharibələrdə tankların və digər zirehli döyüş maşınlarının rolu kəskin zəifləyib. Çünki nə qədər maskalansalar da tankları onların tırtıllarının buraxdığı izlərlə aşkar edib kamikadze-dronlarla məhv etmək mümkündür. O cümlədən Rusiya ordusunda bu müharibənin nəticələrini təhlil edirlər və göründüyü kimi, tankları yüksək dəqiqlikli raketlərdən, kamikadze-dronlardan qoruya bilmək üçün yeni vasitələr üzərində baş sındırırlar...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"