“İlin sonuna qədər Azərbaycanda siyasi məhbus məsələsi aradan qaldırılacaq” – Novella Cəfəroğlu ilə MÜSAHİBƏ

07 sentyabr, 2020 13:32

“Hakimiyyəti yox, dövləti sevən insanlar birləşsə, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirə bilərik”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Azsiyasət.com-un suallarını cavablandırıb:

- Novella xanım, Azərbaycanda insan hüquqları sahəsindəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Ölkədə aparılan islahatlar kursunun insan hüquqları sahəsinə təsiri olubmu?

- Açığı deyim ki, ölkəmizdə insan hüquqları sahəsində vəziyyət elə də ürəkaçan deyil, bu məsələdə ciddi axsamalar var. Amma ümid edirəm ki, ölkədə aparılan ümumi islahat prosesinin bir tərkib hissəsi olaraq, insan hüquqları sahəsində də müsbət nəticə əldə olunacaq. İlin sonuna qədər Azərbaycanda siyasi məhbus məsələsi aradan qaldırılacaq. Mən buna yüz faiz əminəm. Əgər həqiqətən dövlətimizin gələcək inkişafını, daha da güclənməsini, vətəndaş-dövlət münasibətlərinin müsbət dəyərlər üzərində formalaşmasını istəyiriksə, bu sahədə ciddi addımlar atılmalıdır. Təsəvvür edin, müxtəlif ölkələrdə Ermənistan insan hüquqları sahəsindəki vəziyyətlə bağlı ölkəmizi hədəfə alır. Halbuki, Ermənistanda insan hüquqları sahəsində vəziyyət kritikdir və onlar bu istiqamətdə problemləri həll etmək iqtidarında deyillər.

- Demək istəyirsiniz ki, gələcəyə ümid var...

- Əlbəttə! Bizdə bu problem tezliklə həll olunacaq, bu ölkəmizin gələcək taleyi üçün vacibdir. Biz həm də ölkəmizdə aparılan islahatların səmimi olduğunu nümayiş etdirmək üçün insan hüquqları sahəsindəki problemləri aradan qaldırmalıyıq. Bu zaman digər sahələrdəki problemləri də aradan qaldırmaq elə də çətin olmayacaq.

- Bəzi siyasətçilər Belarus hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında paralelliklər aparırlar, hesab edirlər ki, hər iki ölkədə problemlər, siyasi sistemin mahiyyəti eynidir və Azərbaycanda da xoşagəlməz halllar ola bilər?

- Bu cür bənzətmələr tamamilə cəfəngiyyatdır, pafoslu və uğursuz müqayisədir. Əvvəla, Belarusla Rusiya arasında daim möhkəm münasibətlər olub və bu münasibətlər son zamanlar korlanıb. Görünən budur ki, artıq hər iki ölkə arasındakı münasibətlər düzələcək və Belarus əvvəlki dönəmə qayıda biləcək. Azərbaycan isə müstəqil dövlətdir, ən sıx münasibətdə olduğumuz qardaş Türkiyə dövlətidir. Bizə qardaşlıq münasibətində olduğumuz ölkədən heç bir təhlükə gələ bilməz. Axı Belarusda bu günə qədər dövləti necə istəyiblərsə, elə də idarə ediblər. Bizdə vəziyyət fərqlidir. Digər tərfdən, Azərbaycanın torpaqları işğal altındadır və ölkədə mövcud addımların atılmasında, eləcə də xarici siyasətdə bu amil əsas faktordur. Cənub qonşumuz İran ermənistana kömək edir, şimal qonşumuz Rusiyadır, o da Ermənistana kömək edir. Ortada bir Türkiyə qalır.

- Türk qoşunlarının Azərbaycana gəlişinə, iki ölkə arasında hərbi ittifaqın yaradılmasına necə baxırsınız?

- Bu, mənim ən böyük arzumdur. Qoy Türkiyə ilə Azərbaycanın vahid ordusu olsun. Biz bir olacağıqsa, daha təklənməyəcəyik. Ən sevindirici hal odur ki, artıq bütün dünya, eləcə də Ermənistan başa düşür ki, Azərbaycana söz demək Türkiyəyə söz deməkdir. Bu, çox ciddi məsələdir. İyul döyüşləri zamanı da Türkiyə öz qardaşlığını növbəti dəfə sübut etmiş oldu. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"