"Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür" - İran XİN

19 sentyabr, 2021 12:38

"İran üçün qonşu ölkələrin ərazi bütövlüyü bütün hər şeydən vacibdir."

"Azsiyaset" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadənin bəyanatında deyilir.

Onun sözlərinə görə, regional əməkdaşlıq sülhün və sabitliyin əsasını təşkil edir. "Mövcud proseslər kollektiv əməkdaşlığa çevrilməlidir və bu yeganə çıxış yoludur", - o vurğulayıb.

Xatibzadə qeyd edib ki, İran üçün qonşu ölkələrin inkişafı çox vacibdir. "Bütün qonşular başa düşməlidir ki, bölgədə inkişafa, sülhə və sabitliyə yalnız kollektiv əməkdaşlıqla nail oluna bilər", - o əlavə edib.