Şuşa türməsinin taleyi necə olacaq? Söküləcək, yoxsa...

20 sentyabr, 2021 13:48

İşğaldan azad edilən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunandan sonra burada yerləşən türmənin sökülməsi barədə təkliflər səsləndirilir. Bəzi mədəniyyət xadimlərinin fikrincə, işğala qədər qatı cinayətkarların saxlanıldığı həbsxana binası indi Şuşa şəhərinə yaraşmadığından onu ləğv etmək lazımdır.

Milli Məclisin 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən seçilmiş deputatı Elman Məmmədov isə bu təkliflə razı deyil.

"Azsiyaset" xəbər verir ki, deputat modern.az-a açıqlamasında bildirib ki, “Şuşadakı türmə təmir edilməli və erməni cinayətkarların hamısı ora doldurulmalıdır.

E.Məmmədov deyib ki, erməni cinayətkarlar işğal müddətində həmin türmədə azərbaycanlılara verdikləri əzab-əziyyətin eynisini yaşamalıdırlar:

“Azərbaycanın günahsız insanlarına əzab-əziyyət, işgəncə verən erməni cinayətkarlar - koçaryanlar, sərkisyanlar, balasanyanlar Azərbaycan qanunları ilə mühakimə olunub, cəzalarını orada çəkməlidirlər. Şuşa türməsi tarixi yerdir. Yeni tariximizdə keçmişimizə ləkə vuran işğalçı cinayətkarlar, hərbi canilər, qatillərin hamısını ora doldurub cəzalarını çəkdirməliyik”.

Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.

Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.

Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək, yenidən formalaşdırılıb.

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, qatı cinayətkar hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.

Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkiblər.

1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.

İşğal zamanı erməni cinayətkarlar əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar, mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"