Gənclər və İdman Nazirliyindəki seçki saxtakarlıqlarını kim həyata keçirir? - FOTO

20 sentyabr, 2021 17:17

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.

"Azsiyaset" bakupost.az-a istinadla xəbər verir ki, iyulun 17-də baş tutan seçkidə kommersiya təşkilatını federasiya kimi qələmə verib, ictimai şuraya üzv seçiblər.

Belə ki, 15 nəfər şura üzvündən biri – Nuranə Şıxəliyevanın namizədliyi Azərbaycan Alpaqut Federasiyası tərəfindən irəli sürülüb.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan Alpaqut adlı Federasiya Ədliyyə Nazirliyinin qeydiyyat sistemində yoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində isə “Alpaqut Turan Döyüş Sistemləri Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı kommersiya təşkilatı var.

Bu halda “Alpaqut Federasiyası” MMC olmasına baxmayaraq, İctimai Şuraya necə üzv seçildiyi sual doğurur...

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Azər Əliyev Bakupost.az -ın rəsmi sorğusuna bu sözlərlə cavab verib:

“Ünvanladığınız sual üçün təşəkkürümüzü bildiririk. Lakin təəssüf ki, sualınızla bağlı bizdə heç bir məlumat yoxdur”.

Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov Bakupost.az -a təsdiqləyib ki, bu qurum rəsmi qeydiyyata alınmayıb:

“Bizim Federasiya neçə illərdir fəaliyyət göstərir. Hətta 2019-cu ildə Alpaqut üzrə İkinci Dünya Çempionatını da keçirmişik. Bunu mərhum nazir Azad Rəhimov da öz çıxışında qeyd edib. Biz nazirliklə sıx işləyirik, orada akkreditasiyadan keçmişik. Federasiya kimi qeydiyyatdan keçmək üçün sənədlərimizi Ədliyyə Nazirliyinə göndərmişik, amma təəssüf ki, hələ qeydiyyata alınmamışıq”.

Qeydiyyata alınmayan təşkilatın İctimai Şuraya necə seçilməsi sualına isə V.Namazov belə cavab verib:

“Biz həm də Dünya Alpaqut Federasiyasının Azərbaycandakı nümayəndəliyiyik. İctimai Şuraya da sənədələrimizi bu təşkilatın blankında təqdim etmişik”.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev saytımıza açıqlamasında qeyd edib ki, MMC-lər ictimai şuraya namizədlik verə bilməzlər:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunda 4 qrup göstərilib:

1. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar),

2. Kütləvi informasiya vasitələri,

3. Həmkarlar ittifaqları,

4. Vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri.

Orada hansısa kommersiya qurumundan söhbət gedə bilməz. Kommersiya təşkilatlarına MMC-lər, səhmdar cəmiyyətləri daxildir. Onların heç biri ictimai şuraya namizədlik verə bilməzlər. Əgər belə təşkilatlar tərəfindən namizədlik verilirsə, qeydə alınmamalıdır. Hər hansı bir şəxs qeyri-hökumət təşkilatının üzvü oldu və ya olmadı, onu verə bilər. Amma MMC-lər ictimai şuraya namizədlik verə, üzv seçilə bilməzlər. Kommersiya təşkilatları, dövlət və bələdiyyə orqanları, eyni zamanda, dövlət qurumunda çalışan nümayəndə, yəni dövlət qulluqçusu da ictimai şuraya üzv ola bilməz”.

Qeyd edək ki, Alpaqut Federasiyası 2014-cü ildə yaranıb. Federasiyasının prezidenti Qüdrət Nuriyev, birinci vitse-prezidenti Nuranə Şıxəliyevadır.

Onu da bildirək ki, Gənclər və İdman Nazirliyində İctimai Şuraya seçkilər məsələsi nazir müavini İntiqam Babayevin birbaşa nəzarətində olub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"