"İranın yeni rəhbərliyi Azərbaycana qarşı addımların səhv olduğunu tezliklə anlayacaq və ..."

22 sentyabr, 2021 20:29

“Son müşahidələrdən belə nəticəyə gəlmək olur ki, bu, İran tərəfindən səhv addım idi. Çünki Azərbaycan öz ərazisində öz qanunlarının icrasını tələb edir. Və Azərbaycanın niyyəti ondan ibarətdir ki, öz sərhədlərindəki ölkələrlə, o cümlədən İranla, hətta Ermənistanla belə, daim əməkdaşlıq əhval-ruhuyyəsi olsun, sülh olsun.  Konkret İrana gəldikdə, ən azı, orada bizə doğma insanlar yaşayır”. 

"Azsiyaset" xəbər verir ki, “Son günlər Azərbaycan-İran münasibətlərində gərginlik yaranmasına gətirən proseslərlər bağlı gəldiyiniz son nəticələr hansıdır” sualına cavabında Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov ifadə edib.  

“Hamının cənab Prezidentin işğaldan azad edilmiş Xudafərin körpüsünü ziiyarət edərkən   söylədiyi sözlər yadındadır. O dedi ki, bundan sonra bu sərhəd əməkdaşlıq və dostluq sərhədi olacaq. Yəni bu baxımdan Azərbaycan öz xoş niyyətini göstərir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 30 il ərzində öz ərazisindən İrana qarşı platsdarm kimi istifadə olunmasına imkan verməyib.  Bütün bunları düşünəndə anlamaq olmur ki, İran hakimiyyətində bu ölkə ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi kimlərə lazımdır. Yəqin ki, yeni seçilən İran prezidentinin ətrafında müəyyən qüvvələr var ki, süni şəkildə bu gərginliyi yaradırlar.  Amma bu hal uzunmüddətli ola bilməz. Çünki hesab edirəm ki, İranın yeni rəhbərliyi qısa bir müddətdə bu addımın səhv olmasını anlayacaq və buna son qoyulacaq. Mən buna əminəm və heç bir şübhəm yoxdur. Aramızda olan münasibətləri kiminsə xeyrinə olaraq düşmənçilik formasına gətirmək mümkün olmayacaq” – deyə açıqlamasının davamında T. Zülfüqarov bildirib.

Politoloq “İran Xarici İşlər nazirinin müavini Doktor Məhəmməd Kazım SəccadPurun Bakıya səfərindən hansı nəticələr gözləyirsiz?” sualını da cavablandırıb.

“Belə baxıram ki, İranın Xarici İşlər Nazirliyindən səslənən fikirlər həmin ölkənin bəzi güc və təhlükəsizlik qurumlarından səslənən fikirlərdən fərqli tondadır. Və artıq İran Xarici İşlər naziri müavininin Bakıya qədəm qoymasından sonra hadisələrin gedişində müəyyən müsbət irəliləyiş hiss olunur. O, bəyan edib ki,  Azərbaycan İran üçün dost bir ölkədir. Məhz bu da göstərir ki, İran hakimiyyətindəki hansısa dairələr elə İranın öz maraqlarına zidd olan bir vəziyyət yaratmaq istəyirlər.  Və bunun kökündə hansı niyyətlər dayandığını rəsmi Tehran özü araşdırmalıdır”- deyə sabiq Xarici İşlər naziri vurğulayıb(moderator.az).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"