Ərdoğan ABŞ-ı niyə tənqid etdi? - "ABŞ 20 ildir niyə Əfqanıstandadır..."

23 sentyabr, 2021 00:11

"Hazırda ABŞ məsuliyyət daşıdığı məsələlərdə öhdəliklərini yerinə yetirmir. Bizim ölkəmizdə hazırda qeydiyyatdankənar 300 mindən artıq əfqan miqrant var. Daha çoxunu qəbul etməyə gücümüz çatmayacaq".

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində bildirib.

O, ABŞsərt tənqid edib:

"Əvvəla, ABŞ 20 ildir niyə Əfqanıstandadır?! Bunu özünə sual verməsi lazımdır".