Yeni kəşfiyyat rəisi Esmail Xatib: kimdir və ondan nə gözləmək olar? - Ayətullah Lənkəraninin təlbəəsi olub

23 sentyabr, 2021 10:53

İranın yeni prezidenti İbrahim Rəisinin (Ebrahim Raisi) kabinetində təhlükəsizlik naziri postunu tutan mühafizəkar və radikal dindar Esmail Xatibi kimdir, onun haqqında nə məlumdur? Və onun fəaliyyətindən nə gözləmək olar?

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, “İsrael Hayom” nəşri bu mövzuda Vaşinqtondan terrorla mübarizə üzrə analitik və tədqiqatçı Erfan Fardın məqaləsini dərc edib.

Esmail Xatib

Orada deyilir ki, Esmail Xatib barəsində informasiya çox azdır. Məlum olanı budur ki, o 1961, yaxud 1962-ci ildə anadan olub. Nüfuzlu din xadimlərindən biridir və Ali dini lider Əli Xameneyi ilə sıx bağladır. Bu da təəccüblü deyil, çünki Xatib islam hüququ üzrə təhsil alanda Xameneyinin tələbəsi olub. O, habelə ayətullahlar Məhəmməd Fazil Lənkəranidən, Naser Şirazidən və Möctəba Tehranidən dərs alıb. Bunların hər biri radikal və mühafizəkar baxışlı ayətullahlar olub.

Müəllif xatırladır ki, Lənkərani  islam inqilabının lideri ayətullah Ruhulla Xomeyninin qatı tərəfdarı idi və yazıçı Salman Rüşdüyə, daha sonra 2006-cı ildə azərbaycanlı həkim və yazıçı Rafiq Tağıya qarşı ölüm fətvasını vermişdi. Rafiq Tağı daha bu fətvadan sonra öldürülüb.

Ayətullah Lənkərani...

Esmail Xatib bundan əvvəlki təhlükəsizlik naziri, bu sahədə heç bir iş təcrübəsinə malik olmayan Mahmud Ələvidən fərqli olaraq təhlükəsizlik və kəşfiyyat sahəsində müəyyən təcrübəyə malikdir. Amma formal olaraq onun kəşfiyyat və ya politologiya üzrə təhsili yoxdur, ancaq islam hüququndan dərs alıb.

Xatib 1980-81-ci illərdə İnqilab Keşikçiləri Korpusunun yaradılmasından sonra, təxminən 20 yaşlarında olanda Korpusun kəşfiyyat xidmətinə qoşulub. Onun Korpusun kəşfiyyatında dəqiq rolu haqda heç nə məlum deyil, amma ehtimal edilir ki, Xatib İranın kürd bölgələrində rejim müxaliflərinə divan tutanlardan biri olub. Həmin dövrdən etibarən Xatib İnqilab Keşikçiləri Korpusunun indiki generalı, müdafiə naziri Möhsün Rezayi ilə yaxın əməkdaşlıq olub.

1997-ci ildə Xatib kəşfiyyat nazirliyinin Qum bölməsinin rəisi təyin olunub. Sonradan isə İmam Rza məbədini mühafizə edən təhlükəsizlik idarəsinin başçısı olub. Habelə Xatib bilavasitə Xameneyi və onun administrasiyasında işləyib.

Xatib İran hakimiyyətinin təhlükəsizlik sahəsində bir-birinin ardınca fəlakətlərə məruz qaldığı bir vaxtda nazir təyin edilir. Tehran  bütün gücü ilə çalışır ki, İsrail kəşfiyyatının nüfuzlu nüvə alimlərinə və obyektlərinə qarşı diversiyalarının qarşısını alsın. İranın kəşfiyyat və əks-kəşfiyyat xidmətləri dərindən korrupsiyalaşıb, kəşfiyyat nazirliyi ilə İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatı arasında tez-tez münaqişələr baş verir.

İbrahim Rəisi

Xatib nəinki Rəisi ilə yaxındır və ona etibar edir, eyni zamanda Ali dini liderin sadiq adamıdır. Ona görə də aydındır ki, Xatib İranın kəşfiyyat cameəsini təmizləmək və onun effektivliyini artırmaq üçün bu vəzifəyə təyin olunub. Ən başlıcası odur ki, İnqilab Keşikçiləri Korpusu ona inanır.

Gözlənilir ki, Xatibin idarəçiliyi altında İran kəşfiyyatı həm daxildə, həm beynəlxalq cəbhələrdə daha aqressiv olacaq. Daxildə rejim müxaliflərinə işgəncələrin verilməsi, repressiyalar artacaq. Xətib habelə İran rəhbərliyinin qərarlarına da ciddi təsir göstərəcək fiqur hesab edilir. Gözlənilir ki, ABŞ və Avropadakı iranlı dissidentlərə qarşı təqiblər də artacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"