Türkiyə ilə Rusiya arasında İdlib KRİZİ: Putinin İdlib şantajının qarşısı ya "AKINCI", ya da Qarabağ kartı ilə alına bilər - Ruslan Bəşirlinin YAZISI (ANALİZ)

23 sentyabr, 2021 12:34

Bu ayın sonu və yaxud gələn ayın əvvəllərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin görüşəcək. 

Avropa.info-nun məlumatına görə, Rusiyada baş tutması gözlənilən görüş o qədər kritikdir ki, Moskva bu toplantı haqda ""İkitərəfli münasibətlərin başladığı gündən bəri ən geniş gündəm" açıqlaması ilə çıxış edib. 

Masada əsas mövzu məlumdur. İdlib məsələsi əsas gündəmdir, lakin Ərdoğanın qarşı həmlə olaraq Qarabağ məsələsini də gündəmə gətirəcəyi gözləniləndir. 

Suriyada Əsəd rejiminə qarşı olan müxaliflərin iki qalası vardı. Rejim-İran və Rusiyanın üçlüyünün hücumları nəticəsində bu qalalardan biri olan Dəra şəhəri müxaliflərdən alındı. Görünəni budur ki, Rusiya hər vəchlə müxaliflərin ikinci qalası sayılan İdlibi də ələ keçirmək istəyir. 

Suriya ərazilərinin böyük bir qismi Rusiya-İran-Əsəd rejiminin nəzarətindədir. Bir qismi isə ABŞ dəstəkli PKK terrorçularının işğalı altındadır. Suriyanın az bir qismi, əsasən ölkənin şimal hissəsi isə Türkiyənin dəstək verdiyi müxaliflərin nəzarətindədir. Moskva-İran-rejim üçlüyü ABŞ dəstəkli PKK-nı görməzdən gəlir. Anlaşılan budur ki, Putin Fəratın şərqində yer alan PKK-PYD terrorçularına muxtariyyət vəd etməklə onları həm neytrallaşdırmaq, həm də Türkiyəyə qarşı təzyiq rıçaqı kimi istifadə etmək istəyir. Əslində Moskva Astana danışıqlarında və Suriyanın yeni konsitutsiyası müzakirələrində də PKK terrorçularına müxtariyyət təklif etmişdi. Lakin, Moskva Ankaranın ciddi etirazları səbəbindən bu məsələdə çox irəli gedə bilmədi. 

Bir neçə gün öncə isə PKK-PYD terrorçusu İlham Amed Moskvada Rusiya Xarici İşlər nazirinin müavini tərəfindən qəbul edildi. İlham Amed PKK-nın Qəndil heyətindədir və rəsmi Ankara tərəfindən İnterpol axtarışına verilmiş bir terrorçudur. Belə bir terrorçunun Moskvada ən yüksək səviyyədə qəbul edilməsi heç şübhəsiz ki, Rusiyanın Türkiyəyə qarşı tutumunun göstəricisidir. 

Rusiya nədən ABŞ dəstəkli PKK-PYD-yə göstərdiyi münasibəti strateji tərəfdaş adlandırdığı Türkiyəyə nümayiş etdirmir? Heç şübhəsiz ki, son illər Türkiyə ilə Rusiya arasında iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıq artan xəttlə davam edir. Son hesablamalara görə, Türkiyə ilə Rusiya arasında illik ticarət dövriyyəsi 21 milyard dollar həcmindədir. Misal üçün deyə bilərik ki, Türkiyənin NATO-da strateji müttəfiqi olan ABŞ-la ticarət dövriyyəsi 20 milyard civarındadır. Bütün bunlarla yanaşı Türkiyə ilə Rusiya arasında ciddi problemlər də mövcuddur.

Rusiyaya görə bu problemlər nədən qaynaqlanır? 

1.Moskva Liviyada dəstəklədiyi qanunsuz birləşmələrin lideri Xəlifə Haftarı məhz Türkiyənin hərbi müdaxiləsindən sonra hakimiyyətə gətirə bilmədi. Paytaxt Tripolini ələ keçirmək istəyən Rusiya dəstəkli qiyamçı Haftar, Türkiyənin qanuni Sərrac hökumətinə dəstəyindən sonra məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı. Bu döyüşlər zamanı Türkiyə istehsalı olan "Bayraktar TB" PUA-ları 5 ədəd "Pantsir" havadan müdafiə sistemləri də daxil olmaqla xeyli sayda Rusiya istehsalı olan silah-sursatı məhv etdi. 

2. Bir çox Qərb siyasi təhlilçiləri İkinci Qarabağ savaşında müttəfiq Azərbaycan və Türkiyənin zəfər qazanmasının Rusiyanın siyasi-hərbi imicinə böyük zərbə kimi qiymətləndirirlər. Doğrudur, savaşın nəticəsi olaraq Rusiya Qarabağın ermənilər məskunlaşan kiçik bir hissəsinə müvəqqəti olaraq sülhməramlı kontingent yerləşdirmə hüququ qazana bildi, lakin Türkiyənin Qafqaza hərbi və siyasi olaraq qayıdışı ilə də barışmaq məcburiyyətində də qaldı. Bundan başqa Ermənistanı az qala pulsuz silahlandıran Rusiya 44 günlük Qarabağ savaş zamanı, İrəvana verdiyi hərbi arsenalın 70 faizinin qısa müddətdə məhv edilməsi ilə qarşılaşdı. Rus silahlarının adi dəmir parçasına çevirilməsində Azərbaycanın hərbi arsenalında olan ən müasir silahların böyük rolu vardı. Lakin, ən böyük rolu heç şübhəsiz ki, Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları oynamışdı. Savaşdan sonra, Azərbaycanla Türkiyə arasında davam edən, işğaldan azad edilən Laçında da baş tutan, daha sonra Pakistanın da qoşulduğu hərbi təlimlər, ümumiyyətlə isə Ankaranın Qafqazda varlığı Rusiyanı narahat edir. 

3.Rusiyanın beynəlxalq hüququ tapdalayaraq Ukraynanın Krım bılgəsini işğal etməsinə Türkiyənin sərt təpkisi. Ankara davamlı olaraq Krımı Rusiya ərazisi olaraq görmədiyini xatırladır, Krımla bağlı toplantılar düzənləyir və ya düzənlənən toplantılara qatılır. Rusiya Türkiyənin Krımın işğalını tanıyacağına ümid etsə də, Ankara bunu qətiyyətlə rədd edir. 

İstənilən halda Türkiyə ilə Rusiya arasında gərginlik yaradan hər üç məsələdə Ankara haqlıdır və beynəlxalq hüququn yanındadır. Yəni, Qarabağ, Liviya, Krım məsələlərində Türkiyə haqlının yanındadır, Rusiya isə ya işğalçının yanındadır, ya da birbaşa işğalçıdır. 

Bütün bunların fövqündə Moskvanın Ankaraya tək təsir rıçaqı İdlib məsələsidir. Türkiyə üçün isə İdlib məsələsi iki səbəbdən həyati önəm daşıyır. 

1.İdlibin Rusiya-İran-rejim ordularının əlinə keçməsi orada yaşayan milyonların Türkiyəyə axın etməsi deməkdir ki, bu onsuz da immiqrasiyadan əziyyət çəkən Ankaranın ciddi problemlə üz-üzə qalması deməkdir. 

2.Türkiyə Suriyanın şimalında həyata keçirdiyi 3 antiterror əməliyyatı ilə ABŞ-ın qurmaq istədiyi terror dəhlizinə böyük zərbə vurdu. İdlib Türkiyənin nəzarətində olan və terror dəhlizinə qarşı strateji önəm daşıyan bir bölgədir. 

Məhz bu səbəblərdəndir ki, 2020-ci ildə Rusiya və Əsəd ordusunun İdlibə hücumu zamanı Ankara nəinki geri çəkildi, hətta açıq savaşa girdi. 309 əsgər, 5 helikopter, 23 tank, 23 top və 2 havadan müdafiə sistemi məhv edilən Rusiya və Əsəd gücləri geri çəkilmək məcburiyyətində qaldı. Qeyd etmək yerinə düşər ki, 2020-ci il İdlib savaşı "Bayraktar TB2" PUA-larının sınağının keçirildiyi ilk lokal müharibə idi. İdlib savaşından sonra, Liviya əməliyyatı və ən nəhayət İkinci Qarabağ savaşı ilə "Bayraktar"ların nüfuzu bütün dünyaya yayıldı. Rusiya da daxil olmaqla bir sıra ölkələr "TB2"-lərin qarşısının alınması yollarını fikirləşərkən, Türkiyənin "Baykar Makina" Şirkəti yeni bir PUA, "TB2"-lərdən daha güclü "AKINCI" ilə gündəmə gəldi. Türkiyənin heç arzulamadığı yeni bir İdlib savaşı olarsa, böyük ehtimalla "AKINCI" ilk müharibə sınağını verməli olacaq. 

Lakin, bundan öncə Rusiyada Ərdoğanla Putin arasında görüş var. Türkiyə Moskvanın İdlib şantajına qarşı Qarabağ kartı ilə çıxa bilər. Məlumdur ki, Xankəndindəki Rusiya sülhməramlıları özlərini sülhməramlı missiyasından uzaq aparırlar. Xankəndindəki separatçılar zəif də olsa hələki varlıqlarını saxlayırlar. Hətta mütəmadi olaraq Azərbaycan Ordusunun bölgədəki birləşmələrinə atəş açırlar. Xankəndində hələ də separatçıların "bayraq" adlandırdıqları əski parçaları var. Bütün bunlar Rusiya sülhməramlılarının himayəsi altında baş verir. Xüsusən də Laçın dəhlizindən Ermənistan hərbi birləşmələrinin Qarabağa keçməsinə icazə verməsi, Rusiyanın sülhməramlı missiya həyata keçirməkdən uzaq olduğunu göstərir.

Türkiyə danışıqlar zamanı bu faktları əks arqument olaraq ortaya qoya bilər. Hərçənd Türkiyə Azərbaycanla yanaşı dəfələrlə bu faktlara görə Rusiyaya etiraz edib. Lakin, İdlib şantajı qarşısında bu faktları daha qabarıq və sərt bir şəkildə dilə gətirmək faydalı olardı.

RUSLAN BƏŞİRLİ 

Avropa.info

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"