Sərhədə tərəf irəliləyən Rusiya hərbi karvanları - Kilometrlərlə uzunluğunda...

23 sentyabr, 2021 14:03

Sosial şəbəkələrdə Rusiya ordusunun Ukrayna sərhədlərinə tərəf irəliləyən və kilometrlərlə uzunluğunda hərbi karvanlarının görüntüləri yayılıb. Hərbi tematika üzrə fəaliyyət göstərən Rusiya Telegram-kanallarında yayılan görüntülərə əsasən uzunluğu azı 6 kilometr olan bir hərbi karvan Şaxta şəhərindən Rostova doğru irəliləyir.

Bəzi məlumatlara görə karvan ilhaq olunmuş Krıma tərəf gedir. Hərçənd Rusiya Müdafiə Nazirliyinin bu barədə heç bir rəsmi məlumatı yoxdur.

Hərbi nəqliyyat vasitələrinin nömrə nişanlarına əsasən sosial şəbəkə istifadəçiləri müəyyən ediblər ki, bu karvan Rusiyanın Belarusla birlikdə bir neçə gün əvvəl keçirdiyi “Qərb-2021” irimiqyaslı təlimlərindən qayıdan hərbi texnikadan ibarət deyil.

Digər məlumata görə daha bir karvan Ukraynanın Donbass regionu istiqamətində irəliləyir, kilometrlərlə uzunluğunda karvan Kamensk-Şaxtinsk şəhəri rayonunda qeydə alınıb.

Rusiyanın hansı məqsədlə Ukrayna sərhədləri istiqamətində yenidən iri qoşun qruplaşmaları cəmləşdirdiyi məlum deyil. Amma bu günlərdə Ukraynanın Donbassdakı Birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Nayev bəyan edib ki, Rusiya istənilən vaxt Ukraynaya irimiqyaslı hərbi müdaxiləyə başlamağa hazırdır.

“Rusiya tərəfindən Ukraynanın cənubuna hərbi təhdidlər hər il artır. Rusiyanın yaxın zamanlarda hərbi müdaxiləyə başlayacağına dair əlamətlər hələlik yoxdur. Lakin işğal edilmiş Krım yarımadasının sürətlə hərbiləşdirilməsi və çox güclü hərbi bazanın yaradılması Ukraynanın milli təhlükəsizliyinə yönəlmiş hərbi təhdidlərin artmasından xəbər verir”,- general deyib.

O bəyan edib ki, Rusiya ordusu keçirdiyi təlimlər sayəsində indi böyük məsafəyə qoşunların yerdəyişməsini həyata keçirmək imkanındadır. Nayevin fikrincə, Krımda “ifrat güclü Rusiya hərbi bazası” Ukraynanın cənubuna hücum üçün platsdarm kimi istifadə oluna bilər.

Xatırladaq ki, bu ilin martında Rusiya Ukrayna sərhədlərinə təxminən 120 minlik qoşun qruplaşması və böyük sayda hərbi texnika, o cümlədən yüzlərlə döyüş təyyarəsi cəmləşdirmişdi. Bütün bunlar Ukraynanın Qarabağ müharibəsinin təcrübəsi əsasında Donbassda hərbi əməliyyatlara hazırlaşdığı haqda xəbərlərin fonunda edilirdi(virtualaz.org)/ 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"