"Əgər Putin Azərbaycanda dövlət adamlığını tam mənada ortaya qoymamış olsaydı..."

24 sentyabr, 2021 10:37

Türkiyə prezidenti, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Rəcəb Tayyib Ərdoğan mühüm bəyanatlarla çıxış edib.

Türkiyə KİV-ləri xəbər verir ki, Ərdoğan Nyu-Yorkdakı “Türkevi”ndə türkiyəli jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə baş tutacaq görüşü haqda danışıb. Bildirib ki, sentyabrın 29-da keçiriləcək görüşdə təkcə Suriyanın İdlib bölgəsində gərginlik müzakirə olunmayacaq, Türkiyə-Rusiya münasibətləri və ümumən Suriyadakı vəziyyət barədə də danışılacaq. Ərdoğan bildirib ki, onun Putinlə görüşü təkbətək keçiriləcək, görüşdə üçüncü şəxs olmayacaq.

“Suriyadaki indiki vəziyyəti, bundan sonrakı mərhələdə hara gedə biləcəyimizi danışacağıq. Heç kimi üçüncü şəxs olaraq yanımıza almadan bu görüşü keçirəcəyik və orada təbii ki, Türkiyə-Rusiya münasibətləri barədə də önəmli qərarlar verəcəyik. Çünki bölgədə Türkiyə və Rusiya iki önəmli ölkədir. Önəmli iki ölkə deyərkən daha bir məsələni vurğulamaq istərdim. Biz Rusiya ilə münasibətlərdə bu günə qədər heç bir səhv görmədik. Qarşılıqlı ticarət həcminə nəzər salanda yaxşı səviyyədə olduğumuzu görürük və sürətlə artan ticarət həcmimiz var. Suriyadakı prosesləri daha yaxşı mərhələyə qaldıra bilmək üçün zaman-zaman bəzi sıxıntılar yaşamış ola bilərik. Amma bunu da istər şəxsim, istər müdafiə nazirim və xarici işlər nazirim olaraq atdığımız addımlarla dərhal düzəldə bilirik. Məsələn, hörmətli Putin Azərbaycanda əgər dövlət adamlığını tam mənası ilə ortaya qoymamış olsaydı, Azərbaycandan bu şəkildə çıxılmazdı. Amma bunu ortaya sərrast qərarlarla qoyduğu üçün Azərbaycandan çox-çox əlverişli şəkildə çıxmaq şansını yaxaladıq. İndinin özündə də Azərbaycanda gərgin çalışma davam edir. Məsələn, hörmətli İlham Əliyev istədiyi anda istədiyi kimi rahatlıqla hörmətli Putinlə görüşür, danışır. Bən də o cümlədən...Çox qısa müddətdə əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik”,-Ərdoğan bildirib.

Türkiyə prezidenti Zəngəzur dəhlizindən də danışıb. Bildirib ki, Azərbaycandan Naxçıvana gediş-gəliş üçün “Türk koridoru”nun (Zəngəzur dəhlizi) inşası çox-çox mühüm addımdır.

 “Daha da onəmli olanı budur ki, hazırda atdığımız addımlarla biz İğdırdan Azərbaycana yolu, inşallah ki, çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox önəmli addım olacaq. Bizim 5 tərəfli, yaxud 6 tərəfli platforma ideyamız da vardı. Hazırda bununla bağlı Paşinyandan müsbət siqnallar əlir. Bununla bağlı bəzi addımları atacağıq”,-Türkiyə prezidenti belə deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"