NATO Ukraynada baza açır - "Bu, Rusiya üçün "qırmızı xətt"in keçilməsi olacaq"

28 sentyabr, 2021 10:35

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın öz ərazisinə “gizlicə NATO qoşunlarını buraxdığını” bəyan edib. “Siz görürsünüzmü, onlar oradadır, Ukraynadadır, NATO qoşunlarını çəkib gətirirlər.

Təlim mərkəzləri adı altında onlar faktiki olaraq baza yaradırlar. Ukraynada ABŞ bazaları yaradırlar”, - Lukaşenko ötən gün sentyabrın 27-də belə deyib.

Belarus prezidenti əlavə edib ki, o Rusiya prezidenti Vladimir Putinlə bu təhdidə qarşı birgə fəaliyyət yollarını müzakirə edib. Və razılığa gəliblər ki, Ukraynada NATO bazalarının olması hər iki ölkə üçün “qırmızı xəttin” keçilməsidir və buna qarşı tədbirlər görmək lazımdır.

Bunun ardınca Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə təsdiq edib ki, həqiqətən Belarus və Rusiya prezidentləri dəfələrlə NATO-nun Ukrayna ərazisinə doğru genişlənməsi mövzusunu müzakirə ediblər. “NATO-nun hərbi infrastrukturunun potensial olaraq Ukraynaya doğru genişlənməsi mövzusu dəfələrlə Rusiya prezidenti tərəfindən gündəmə gətirilib, bunun Rusiya üçün “qırmızı xətt” olduğu ifadə edilib. Rusiya və Belarusun NATO-nun genişlənməsinə qarşı cavab tədbirləri iki dövlətin təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətlərdən ibarət olacaq”, - Peskov bildirib.

NATO üzvü olmayan, lakin şimal alyansına üzvlük məramını dəfələrlə bəyan edən Ukrayna hər iki xəbərdarlığı rədd edib və bildirib ki, Kiyev özünün təhlükəsizlik siyasətini müstəqil təyin edəcək . “Moskva qoy Rusiyanın daxilində baş verənlərdən narahat olsun. Putinin “qırmızı xətləri” Rusiyanın sərhədləri daxilində qoyula bilər. Rusiya-Ukrayna sərhədinin bizə aid olan hissəsində Ukrayna xalqı, Ukrayna və Avropanın təhlükəsizliyi üçün nəyin lazım olduğunu biz özümüz müəyyən edirik”,-Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Minsk və Moskvadan edilən xəbərdarlıqları rədd edərək bildirib.

Xatırladaq ki, Rusiya bu ilin əvvəllərində Ukrayna sərhədi boyunca, habelə ilhaq olunmuş Krımda 120 minlik əsgəri qüvvə cəmləşdirmişdi. Belə narahatlıqlar vardı ki, Moskva Kiyevi Donbass üzərinə hücumda günahlandıraraq Ukraynanın yeni ərazilərini tutmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Sonradan ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqlarından sonra gərginlik azalsa da son günlər Rusiya qoşunlarının yenidən Ukrayna sərhədlərinə cəmləşdirildiyi haqda xəbərlər gəlir(virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"