"Ermənistanın artan nifrət hissi hələ də səngiməyib" - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri

28 sentyabr, 2021 14:37

"Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayında Azərbaycan və Ermənistan dövlət başçılarının razılaşdırdıqları atəşkəs iki Avropa dövləti arasında gedən qızğın müharibəni dayandırmış olsa da, bu ölkələrin hərbi qüvvələri hələ də bir-birinin ölkə sərhədlərini pozmaqda davam edirlər".

"Azsiyaset" xəbər verir ki, bunu "Xəzər Siyasət Mərkəzi"nin Məşvərət Şurasının üzvü, ABŞ-nın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta "Amerika Azərbaycanla Ermənistan arasındakı qeyri-sabit sülhü möhkəmləndirə bilər" adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, imzalanmış müqavilə silahlı qüvvələrin bir-birinə atəş açmasının qarşısını ala bilmir və üstəlik, Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın ətraf ərazilərini işğal etdiyi onilliklər ərzində artan nifrət hissi hələ də səngiməyib: "Azərbaycan onilliklər ərzində Ermənistanın işğalı altında qalmış Ağdamın və digər şəhərlərin, demək olar ki, tamamilə dağıdıldığını və əhalisinin didərgin düşdüyünü göstərir; Ermənistan isə bu yaxınlarda "Beynəlxalq Ədalət Məhkəməsi"nə müraciət edərək, rəsmi Bakını dövlət tərəfindən maliyyələşdirilən "etnik və ya milli mənşəli ermənilərə qarşı" yönəlmiş proqramların icrasında və bununla da, Bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanı pozmasında ittiham edir".

Sabiq səfir qeyd edib ki, bu atəşkəs Rusiya qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinin əsasını qoyub və Rusiyanın Ermənistanda mövcudluğunu artırıb:

"Hələ də davam edən düşmənçilik və münaqişənin həllində irəliləyişlərin əldə olunmaması, Rusiyanın maraqlarına xidmət edir. Sirr deyil ki, Rusiya keçmiş Sovet İttifaqına daxil olan dövlətlər üzərində öz nəzarətini gücləndirmək, ABŞ-nı diskreditasiya etmək, qanunlara əsaslanan beynəlxalq asayişi pozmaq və öz qlobal statusunu möhkəmləndirmək məqsədi ilə periferiyasındakı ölkələrin daxilində və həmin ölkələr arasında baş verən münaqişələrdən istifadə edir və hətta bu münaqişələri stimullaşdırır. Ukraynada, Moldovada, Gürcüstanda və digər ölkələrdə olduğu kimi, Rusiya Azərbaycanla Ermənistan arasındakı münaqişədən də öz mənafeyinə uyğun istifadə edib və istifadə etməkdə də davam eləyir.

Bundan əlavə, ABŞ liderlərinin Rusiya, Çin və İranın ambisiyalarının məhdudlaşdırılması haqqında səsləndirdikləri fikirlərə rəğmən, regiondakı rəsmi şəxslər, alimlər və ictimai xadimlər dönə-dönə təkrarlayırlar ki, ABŞ-a ehtiyac olsa da, onun mövcudluğu görünmür. Regionda bir çoxları bildirirlər ki, Moskva ilə əməkdaşlıq etməkdən başqa çarələri yoxdur. Bu vəziyyət çox davam edə bilməz".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"