Minsk qrupu üçün sonuncu şans - Azərbaycan razılıq verdi
28 sentyabr, 2021 14:40
ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna işçi səfərlərini bərpa edəcək.
"Azsiyaset" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Nyu-Yorkda həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşündə bu barədə razılıq əldə olunduğunu əlavə edib.
“Həmsədrlər Nyu-Yorkda Bakı və Yerevan ilə regiona işçi səfərlərin bərpası barədə razılıq əldə ediblər. Ötən il Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmanın əsas nəticəsi stabillikdir”, -deyə nazir söyləyib.