"Artıq-əskik hərəkətlərə yol verirlər" - Deputat şərh edir

29 sentyabr, 2021 13:23

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümü ərəfəsində Anadolu Agentliyinə və “France-24” televiziya kanalına geniş müsahibə verib. Hər iki  müsahibədə dövlət başçısı bir sıra ciddi məqamlara aydınlıq gətirib.

Belə ki, Anadolu Agentliyinə verdiyi müsahibədə İran yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə yük daşımasına sərt reaksiya verərək bunun bizə, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik olduğunu və məsələyə son qoyulmalı olduğunu diqqətə çatdırdı. Həmçinin “France-24” telekanalına müsahibəsində isə jurnalistin Qarabağa muxtariyyət verməklə bağlı sualına son nöqtəni qoyaraq məsələnin artıq müzakirə mövzusu olmadığını, bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilərin ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşları olduğunu bir daha vurğuladı.

"Azsiyaset" xəbər verir ki, qafqazinfo.az bu məqamda Prezidentin hər iki müsahibədə səsləndirdiyi sözügedən mövzularla bağlı fikirlərinə deputat Vahid Əhmədovun reaksiyasını öyrənib.

V.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyev ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, indi də çox ciddi mesajları beynəlxalq ictimaiyyətə çatdırır: 

“Son zamanlar müharibədən keçən 1 il ərzində bir sıra ciddi hadisələr baş verib və buna da Cənab Prezident öz münasibətini bildirib. Birincisi, İranla bağlı məsələdir ki, bu məsələ dövri mətbuatda da bir neçə dəfə səsləndirilib. Biz də öz fikrimizi bununla bağlı bildirmişik. Cənab Prezident məhz Anadolu Agentliyinə verdiyi müsahibədə tamamilə düzgün olaraq qeyd etdi ki, İran faktiki olaraq bizim qonşu və dost ölkəmizdir, ancaq buna baxmayaraq Ermənistana yüklər göndərir, müəyyən təminat işləri ilə məşğul olur. Elə Zəngəzur tərəfdə polis postlarının, sərhədin qurulması da bununla əlaqədar idi. Amma mən yenə də bildirim ki, İran öz siyasətindən əl çəkmir. Dünən yenə bir molla artıq-əskik danışmağa başladı. Onlar başa düşmürlər ki, Azərbaycan dövləti artıq o dövlət deyil. Azərbaycan lazım olanda öz sözünü deyəcək. Dövlət başçısı müstəqil siyasət aparır. İran müsəlman dövləti olaraq bu xarici siyasətindən əl çəkməlidir. Əl çəkməsə, əlbəttə bu ciddi problem yarada bilər. Dövlət başçımızın İrana münasibəti həmişə müsbət olub. Hətta Azərbaycanda İranın müəyyən layihələr həyata keçirməsinə müəyyən güzəştlər edilib. Sənaye parklarının yaradılması, dərman preparatları zavodunun tikilməsi və.s İran rəsmiləri həmişə yüksək səviyyədə qəbul edilib.  Ancaq İran 44 günlük müharibə dövründə də Ermənistana yardımlarını əsirgəmədi. İndi də yenidən yardım etmək söhbətləri meydana çıxır. Əlbəttə, İran tək deyil, Rusiya həmişə onların yanında olub. Amma Rusiya İrana baxanda özünü müəyyən qədər nizamlı aparır”.
 
Deputatın sözlərinə görə, dövlət başçısı “France-24” telekanalına verdiyi müsahibədə də muxtariyyətlə bağlı məsələyə toxundu və tamamilə düz buyurdu ki, nə status?!:

“Əlbəttə, heç bir statusdan söhbət gedə bilməz. Hansısa dövlət istəyirsə ki, belə bir müstəqil dövlət yaratsın, onu öz ərazisində yarada bilər. Biz də onu tanıyaq və bildirək ki, belə bir dövlət var. Amma Azərbaycan ərazisində bu olmayacaq. İkincisi, bu oyunların başında duran dövlətlərdən başqa Ermənistanın özünün də siyasətində çox ciddi problemlər var. Bir tərəfdən Türkiyə prezidenti Ərdoğana görüş üçün yalvarırlar. Digər tərəfdən İlham Əliyevə yalvarırlar ki, müəyyən məsələləri həll edək. Başqa tərəfdən isə artıq-əskik hərəkətlərə yol verirlər. Ona görə də hansı müstəqillikdən söhbət gedə bilər?! Status məsələsi bitib. Cənab Prezident fərman imzalayıb. Fərmanda göstərilib ki, Qarabağ və Zəngəzur iqtisadi zonaları var. Burada başqa zonalar yoxdur. Hamısı Azərbaycan əraziləridir. O ərazilərdə də vaxt gələcək Azərbaycan bayrağı yüksələcək. Azərbaycanın milli valyutası, atributları fəaliyyət göstərəcək. Ona görə də bunlar boş xülyalardır. Həm qonşu dövlətlər, həm də Ermənistan bunu nə qədər tez anlasalar Ermənistan üçün də yaxşı olar, həm də bu dövlətlərlə Azərbaycan arasında olan münasibətlər gərginləşməz. Azərbaycan ümumiyyətlə münasibətlərin gərginləşməsinin tərəfdarı deyil. Cənab Prezidentin apardığı siyasət açıq siyasətdir və bildirir ki, Azərbaycan sülh tərəfdarı olan dövlətdir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"