Ərdoğanla bağlı iddialara son qoyuldu - O, 2028-ci ilə qədər....

29 sentyabr, 2021 14:06

2003-cü ildən Türkiyəyə baş nazir postunda rəhbərlik edən Ərdoğan 2014-cü ildən fəaliyyətini prezident kürsüsündə davam etdirir. 2017-ci il aprelin 16-da qüvvəyə minən Konstitusiya dəyişikliyinə əsasən, ölkə parlament respiblikasından prezident respublikasına çevrildi. Yeni konstitusiyaya görə, o, 2023-cü ildə bitəcək ikinci dönəmindən sonra üçüncü dönəm də prezident qala bilər.

Türkiyə və Azərbaycan cəmiyyətində prezident Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilərdə iştirak etməyəcəyi, hətta artıq siyasətdən çəkiləcəyi ilə bağlı iddialar yayılıb.

Bu iddiaların cəfəngiyat olduğunu, müxalif qüvvələr tərəfindən ortaya atıldığını düşünənlər və həqiqət olduğunu irəli sürənlər arasında media üzərindən söz savaşı da artıq başlayıb.

"Azsiyaset" xəbər verir ki. bununla bağlı modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf partiyasından (AK Parti) olan deputatı Şamil Ayrım iddiaları təkzib edib.

“AK Parti” təmsilçisi qətiyyətlə qeyd edib ki, bütün dünya Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı seçkilərdə də partiyanın prezidentliyə namizədi olacağını bilməlidir:

“Hörmətli Ərdoğan “Cumhur İttifaqı”nın da vahid başqan adayıdır. Bununla bağlı Milliyyətçi Hərakat Partiyasının (MHP) da açıqlaması var.

Müxalifət partiyaları bizi seçimlərdə məğlub edə bilmədilər, bunu bütün dünya gördü. Hər seçkidə Ərdoğanın liderliyindəki partiyamız seçkiləri qazandı. Buna görə müxalifətin indiki planı “Ərdoğansız Türkiyəni necə dizayn edə bilərik” - fikridir. Onlar Ərdoğandan qurtulma yollarını hesablamağa çalışırlar. Bu fikirlərini isə sosial mediada, çeşidli yayım orqanlarında yaymağa çalışırlar”.

Ş.Ayrım söyləyib ki, Türkiyənin son 20 ildə haradan hara gəldiyini bütün dünya çox yaxşı bilir:

“Müdafiə sənayesində Türkiyə dünyada lider ölkələrdən birinə çevrilib. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasında bizim istehsal etdiyimiz pilotsuz uçan aparatlarımızın nə qədər uğurlu olduğunu hər kəs bildi. Prezident Ərdoğan bir cümlə işlətdi: “Bizdə nə varsa, Azərbaycanda da eynisi olacaq. Bizim gücümüz, Azərbaycanın gücü, Azərbaycanın gücü isə bizim gücümüz deməkdir”.

Başqa bir nümunə verə bilərəm ki, pandemiya dönəmində bütün inkişaf etmiş ölkələr görünməz bəla ilə mübarizə apara bilmədiyi halda Türkiyə uğurlu bir mübarizə siyasəti həyata keçirdi. Türkiyə rəhbərliyinin bu məsələdə də əhəmiyyətli addımları bütün dünyaya nümunə oldu. Sonda vaksinasiya məsələsində də Türkiyə çox önəmli bir səviyyəyə gəlib çatdı. Bütün bunlar Ərdoğanın nə qədər uğurlu siyasətçi, uzaqgörən prezident olduğunu bir daha sübut edir.

Son zamanlar bütün dünyada iqtisadi geriləmələr var. Nədənsə, bizdə müxalifəti təmsil edənlər bu problemlərin həlli üçün hansısa addım atmaq, layihə hazırlamaq əvəzinə, dedi-qodularla, yalan, yanlış xəbərlərlə özlərinə nüfuz qazanmağa çalışırlar.

“AK Parti” olaraq,  önümüzdəli seçkilərə prezidentimizin liderliyi ilə gedəcəyik. Çünki hələ görüləcək çox işimiz var”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"