Soçidə kritik danışıqlar: Putin Türkiyənin Qarabağdakı rolunu təriflədi - "Regionda barışığa imkan yaranır"

29 sentyabr, 2021 16:48

Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında kritik danışıqlar Bakı vaxtı ilə saat 14.35-də başlayıb. Gözlənildiyi kimi iki dövlət başçısı təkbətək görüşüblər, daha əvvəl Kreml açıqlayıb ki, görüşdə ancaq tərcüməçilər yer alacaq.

Görüşün jurnalistlərə açıq bir neçə dəqiqəlik hissəsində Ərdoğanla Putin qarşılıqlı olaraq protokol nitqləri ilə çıxış edib. “Ərdoğanla görüşlərimiz heç vaxt problemsiz keçmir, amma müvafiq strukturlarımız öz aralarında anlaşma əldə edə bilir”, - Putin bildirib.

O qeyd edib ki, Türkiyənin Rusiyaya qoyduğu yatırımlar 1.5 milyard dollar, Rusiyanın Türkiyəyə qoyduğu yatırımlar isə 6.5 milyard dollara çatıb. Putinin sözlərinə görə, Türkiyə ilə Rusiya Qarabağda sülhün əldə edilməsi üçün də əməkdaşlıq edirlər. O, Türkiyənin Qarabağdakı situasiyaya təsirinin regionda sülhə imkan yaratdığını deyib. Rusiya prezidenti qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin fəaliyyəti aktiv fəaliyyət göstərir və regionda stabilliyin ciddi qarantıdır.

Ərdoğan isə Türkiyənin Rusiya ilə birlikdə atdığı addımların “böyük əhəmiyyət kəsb etdiyini” deyib. “Suriyada sülhün əldə edilməsi Türkiyə ilə Rusiya arasında münasibətlərə bağlıdır”, - o deyib. Ərdoğan bildirib ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin hər keçən gün daha da güclənərək davam etməsində çox böyük faydalar var.

***

Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında o cümlədən Qarabağdakı və bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağı kritik danışıqlar olacaq. virtualaz.org xəbər verir ki, danışıqların əsas gündəminin Suriyanın şimalı ilə bağlı olacağı açıqlanıb. “Bloomberg” agentliyi Türkiyə prezidentinin bu görüşdə Putindən PKKYPG yaraqlılarına qarşı dəstək istəyəcəyini bildirir.

Bu haqda anonim Türkiyə rəsmiləri bildirib. Məlumatda deyilir ki, Ərdoğan Putinlə görüşdə Rusiyanın nəzarətində olan Suriya ərazilərində Türkiyə hərbçilərinə qarşı hücumların dayandırılması şərtini irəli sürəcək. Habelə 2019-cu ildə əldə edilmiş razılaşmanın yerinə yetirilməsini, PKK/YPG yaraqlılarının Menbic və Tel-Rifat qəsəbələrindən çıxmasını istəyəcək. Son günlər bu ərazilərdə kürd yaraqlılarının Türkiyə hərbçilərinə bir neçə hücumları qeydə alınıb.

Xatırladaq ki, Rusiya aviasiyası İdlibdə Türkiyəyə bağlı müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. Ankara bunu 2020-ci ilin martında əldə edilmiş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirir. Müdafiə naziri Hulusi Akar ötən gün Moskvaya xəbərdarlıq edərək deyib ki, Rusiya aviasiyasının hədəfləri heç də iddia edildiyi kimi, terrorçular deyil.

Soçi danışıqları ərəfəsində Rusiya Suriyaya strateji bombardmançılar və “Kalibr” raketləri ilə silahlanmış sualtı qayıqlar göndərib. Öz növbəsində Türkiyə Suriyanın şimalına əlavə olaraq bir neçə minlik qüvvə yeridib.

Xəbərlərə görə, Soçi danışıqları ərəfəsində Rusiya aviasiyası İdlibə zərbələri tam dayandırıb və “sükut günü” elan edilib. Ötən gün Rusiya təyyarələri İdlib üzərində görünsə də raket-bomba zərbələri endirməyiblər. Lakin hadisələrin sonrakı gedişi Soçi danışıqlarının nəticələrindən asılı olacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"