Tonoyanın evində axtarışlar aparılır - Sabiq nazirin və daha bir neçə generalın həbsi gözlənilir

29 sentyabr, 2021 17:39

Ermənistanın sabiq müdafiə naziri, 44 günlük müharibə dövründə erməni ordusuna rəhbərlik etmiş David Tonoyanın evində axtarış aparılır.

Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, sabiq nazirin evində Milli Təhlükəsizlik Xidmətinin(MTX) apardığı axtarış başa çatandan sonra Tonoyana rəsmi ittiham elan olunacağı gözlənilir. Qəzet yazır ki, Tonoyanla bərabər hərbi aviasiyanın sabiq rəisi Avetik Muradyan və sabiq Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzilində axtarış gedir. Bu şəxslərin MTX-yə çağırıldığı qeyd edilir.

Qəzet həmçinin iddia edir ki, tezliklə növbə digər sabiq müdafiə naziri Seyran Ohanyana və sabiq Baş Qərargah rəisi Yuri Xaçaturova da çatacaq. Ehtimal olunur ki, axtarışlar və digər əməliyyat tədbirləri yararsız aviasiya raketlərinin alışı ilə bağlıdır. Rəsmi strukturlar hələlik baş verənlərlə bağlı hər hansı məlumat yaymayıblar.

Bununla yanaşı, məlumatda ötən həftənin sonunda hərbi aviasiyanın sablq rəisinin dələduzluqda ittiham olunmasına dair MTX-nin məlumatı xatırladılır. İstintaq iddia edir ki, o, saxta sənədlər vasitəsilə hələ 2011-ci ildə yararsız olduğu bilinən aviasiya raketlərini sonradan silahlanmaya qəbul edib. Və bu yolla da büdcənin 4.6 milyonluq vəsaiti mənimsənilib. Ancaq bu mənimsəmədə və saxtakarlıqda onunla yanaşı yuxarıda adı keçən digər erməni generallarının da iştirakı olub. Məlumatda o da qeyd olunur ki, həmin raketlərlə bağlı saxtakarlıqlar daha əvvəllər həyata keçirilsə də, onların orduya, silahlanmaya qəbul edilməsi məhz David Tonoyanın nazir olduğu dövrdə baş verib.

Xatırladaq ki, David Tonoyan nazir olan vaxt Azərbaycanı hədələyərək, “yeni ərazilər üçün yeni müharibə” tezisini səsləndirməsi, Yuri Xaçaturov KTMT-nin baş katibi olmasına baxmayaraq Nikol Paşinyan hökuməti tərəfindən həbs olunması, Seyran Ohanyan isə Qarabağda törətdiyi cinayətlər, Azərbaycan Ordusunun darmadağın etdiyi “Ohanyan səddi” və 44 günlük müharibənin son günlərində Şuşadan qaçmasıyla yadda qalıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"