İran Kiprdə israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi - Sensasion təfərrüatlar

29 sentyabr, 2021 20:57

Kipr respublikasında tutulan azərbaycanlı killerlə bağlı yeni sensasion təfərrüatlar ortaya çıxıb. İsrail KİV-ləri Kipr televiziyasına istinadən bildirir ki, saxlanılan həmin şəxsin İran xüsusi xidmət orqanlarının sifarişi ilə israilli biznesmeni qətlə yetirmək üçün göndərildiyi ehtimal edilir. Hazırda Kiprdə misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb və azərbaycanlı killerin siyahısında olan şəxslər təcili olaraq bu ölkədən çıxarılıb.

Bildirilir ki, Rusiya pasportu daşıyan həmin azərbaycanlı saxlanılanda icarəyə götürdüyü avtomobildə olub. Onun üzərindən səsboğuculu tapança və üç mobil telefon tapılıb. Şübhəli şəxsin siyahısında öldürülməsi nəzərdə tutulan azı beş nəfərin olduğu bildirilir. Kipr hakimiyyəti bu haqda məlumat alan kimi bir neçə adama xəbərdarlıq edib və onlar adadan qaçıb gizlənməyə imkan tapıblar.

Məlumatda deyilir ki, azərbaycanlı killer Rusiyadan təyyarə reysi ilə təxminən iki həftə əvvəl Kiprin Larnaka aeroportuna gedib. O vaxtdan bəri saxlanılana qədər Famaqusta rayonunda mübahisəli ərazidə iki dəfə gecələyib.

Həmin şəxs Kiprin bəzi rəsmi şəxsləri ilə görüşəndə Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının diqqətini cəlb edib. Kiprin yunan və türk hissəsi arasında diqqəti cəlb etmədən yerdəyişmə etməyə çalışan bu şəxs Anqomi kəndi yaxınlığında elektrosamokatdan düşərək kirayə götürdüyü avtomobilə minib, bu vaxt onu polis əməkdaşları saxlayıb.

 Hazırda şəxsdən götürülmüş tapança ballistik ekspertizadadır və  xüsusi xidmət əməkdaşları onun telefonlarından informasiyaları götürməyə çalışırlar. Habelə şübhəlinin avtomobili olan yerin yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri izlənilir. Həmin yerin yaxınlığında killerin siyahısında olan biznesmenin ofisi yerləşir.

Azərbaycanlının barəsində həbs qətimkan tədbiri daha 8 gün uzadılıb, onun məhkəməsi qapalı rejimdə keçirilib. Kipr KİV-ləri adada bu vaxta qədər görünməmiş təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirir. Polis isə söhbətin Kiprin dövlət təhlükəsizliyindən getdiyini açıqlayıb.

***

Kipr polisi (yunan Kipri,-red.) bu ölkədə yaşayan “nüfuzlu biznesmeni” öldürmək üçün göndərildiyi ehtimal edilən azərbaycanlı killeri yaxalayıb. virtualaz.org xəbər verir ki, bu haqda in-cyprus.philenews.com portalı polisdəki mənbələrə istinadən bildirir.

Məlumata görə Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı bu həftənin bazar ertəsi, sentyabrın 27-də Kiprin yunan hissəsi ilə türklər yaşayan hissəsi arasındakı Aqios Dometios nəzarət-buraxılış məntəqəsini keçdikdən tezliklə sonra Nikosiyada saxlanılıb. Polis bir neçə gündür onu izləyirmiş, saxlanılarkən bu şəxsin avtomobilində səsboğucu ilə təchiz edilmiş tapança aşkarlanıb.

Polis ehtimal edilir ki, şübhəli şəxs Nikosiyada qətl törətməyi planlaşdırıbmış. Belə aydın olur ki, saxlanılan azərbaycanlı tək olmayıb, onunla birlikdə daha bir neçə azərbaycanlı Kiprə gedib. Məlum olub ki,  azərbaycanlılar bir neçə gün əvvəl Kirpin Larnaka aeroportuna enən təyyarədə olublar. Onlar daha sonra adanın türk hissəsinə (tanınmamış Şimali Kipr Türk Respublikasına,-red.) keçiblər. Lakin bazar ertəsi onlar yenidən Kipr respublikasına geri qayıdıblar.

Polis istisna etmir ki, bu şəxslərin qurbanı son illər Kiprdə yaşayan və işləyən israilli biznesmen ola bilərdi. Lakin dəqiq dəlillər olmadığından bu barədə rəsmi açıqlama verilmir, şübhəli şəxs isə susur və istintaqla əməkdaşlıqdan imtina edir.

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"