KTMT Mərkəzi Asiyadakı vəziyyətlə bağlı təkliflər hazırlayır - Plan nədir?

30 sentyabr, 2021 00:25

29 sentyabr-2 oktyabr tarixlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyinin, Birgə Qərargahının, əlaqədar nazirliklərin və Katibliyin operativ qruplarının birgə işgüzar iclası keçiriləcək.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov məlumat verib.

O qeyd edib ki, KTMT nümayəndələri Mərkəzi Asiyadakı vəziyyətin tənzimlənməsi ilə bağlı təkliflər hazırlayacaqlar.

Zeynəddinovun sözlərinə görə, ilk mərhələdə KTMT üzvü olan ölkələrlə məsləhətləşmələr aparılır, siyasi-diplomatik tədbirlər əlaqələndirilir.

Qeyd edək ki, KTMT-yə üzv olan ölkələr Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.