Putindən Ermənistana mühüm ÇAĞIRIŞ

01 oktyabr, 2021 00:32

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən görüşdə Suriya, Əfqanıstan, Liviya və Qarabağla bağlı məsələləri müzakirə ediblər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskovun sözlərinə görə, tərəflər görüş zamanı regional problemlərə xüsusi diqqət ayırıblar:

“Rusiya tərəfi bildirib ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli həll axtarmalıdırlar”.