Gərginlik yumşalır? - "Azərbaycanla aramızda yanlış anlaşılmalar diplomatil yolla həll ediləcək" - Daxili işlər nazirinin bəyanatı

01 oktyabr, 2021 09:42

İrandan Azərbaycanla son günlər yaşanan gərginliyi yumşaltmağa yönəlmiş bəyanat səslənib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, daxili işlər naziri, general Əhməd Vahidi “Azərbaycanla İran arasında yanlış anlaşılmaların diplomatik yollarla həll ediləcəyini” bildirib. Onun bəyanatından Türkiyənin “Star” qəzeti sitat gətirir.

Ötən gün Azərbaycanla sərhədə yaxın Ərdəbil şəhərində yeni təyin olunan valinin təqdimat mərasimində çıxış edən Vahidi İranın bütün qonşularla dost münasibətlərə önəm verdiyini bildirib. O, İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı yaşanan polemikaya münasibət bildirərək deyib ki, “bəzi ölkələr” Azərbaycanla İran arasında münasibətlərin korlanması üçün “qəsd planı qurub”.

“Yanlış anlaşılmalar və fərqli məsələlər varsa bunlar diplomatik yolla aradan qaldırılacaq. Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğuldur”, - Əhməd Vahidi deyib.

Daxili işlər naziri əlavə edib ki, İran qonşu ölkələri əməkdaşlıq və dialoqa dəvət edir. “İran qonşularla dost münasibətlərə xüsusi önəm verir. Yeni hökumətin siyasətində qonşularla münasibətlər prioritetdir və onlarla dostluq münasibətlərini davam etdirəcəyik. Bütün qonşu ölkələrlə və Azərbaycanla daim dost olduğumuzu bildirdik”, - o vurğulayıb.

Qatı mühafizəkar Əhməd Vahidi Mahmud Əhmədinejadın prezidentliyi dövründə müdafiə naziri olub və indiki prezident İbrahim Rəisinin kabinetində önəmli fiqurlardan biridir.

Xatırladaq ki, İran ordusu Azərbaycanla sərhədin Naxçıvan istiqamətində irimiqyaslı təlimlərə başlayıb və bundan əvvəl bəzi iranlı siyasətçilər, din adamları Azərbaycanın ünvanına iki ölkə arasında münasibətlərə zərər vuran bəyanatlar səsləndiriblər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"