İranın məxfi raket bazasında partlayış: Güclü dağıntılar var - Bazada nüvə silahı da olub?

01 oktyabr, 2021 12:07

İranın İnqilab Keşikçiləri Korpusunun Tehran yaxınlığındakı məxfi raket bazasında bir neçə gün əvvəl baş vermiş sirli partlayışın görüntüləri yayılıb.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.

Özəl İsrail kəşfiyyat şirkəti “ImageSat International” məxfi obyektin peykdən partlayışdan əvvəl və sonra çəkilmiş görüntülərini yayıb. Görüntülərə əsasən obyekt sentyabrın 22-də salamat görünsə də sentyabrın 22-də onun bir blokunda ciddi dağıntı görünür.

Söhbət İnqilab Keşikçiləri Korpusunun “Shahid Hemmat Industrial Group” şirkətinin zavodundan gedir. Bu şirkət İranın ballistik raketlər proqramının bir hissəsidir, “Shahab-3” və “Qədr” uzaqmənzilli ballistik raketlərini istehsal edir.

Peyk görüntülərinə əsasən zavodun binasının ən azı dörddə biri tam dağılıb, hərçənd dağıntının miqyası daha böyük ola bilər. Çünki binanın damının bütün konstruksiyası boyu zədələr görünür.

İnqilab Keşikçiləri Korpusu bu həftənin bazar ertəsi Tehran yaxınlığındakı “araşdırma mərkəzlərindən” birində “yanğın baş verdiyini” açıqlayıb və Korpusun iki əməkdaşının aldığı xəsarətlərdən öldüyünü bildirib. Lakin həmin obyektin adını açıqlamayıb.

İranın raket və nüvə proqramlarına aid olan obyektlərdə vaxtaşırı olaraq bu cür şübhəli  partlayışlar və yanğınlar baş verir. Bütün hallarda əsas şübhələr İsrail kəşfiyyatının üzərinə yönəlir.  Belə hadisələrdən ən irimiqyaslı olanı 2011-ci ildə baş vermişdi. Tehran yaxınlığındakı yeraltı raket bazasında baş vermiş partlayış nəticəsində İnqilab Keşikçiləri Korpusunun raket proqramına rəhbərlik edən general Həsən Tehrani Müqəddəm və daha 16 yüksək rütbəli zabit həlak olmuşdu. Həmin partlayışı İsrail kəşfiyyatının törətdiyi bildirilirdi.

Sonuncu hadisəyə gəldikdə isə peyk fotolarına əsasən raket zavodunda baş vermiş dağıntıların xarakteri obyektə raket zərbəsinin endirildiyini də təxmin etməyə əsas verir. Həm də istisna deyil ki, hədəf binanın yerüstü hissəsi deyil, yeraltı hissəsi olub. Bu baxımdan dağıntıların miqyasının daha çox olduğu istisna deyil. Bəzi Rusiya mənbələri obyektdə nüvə başlıqlarının da olduğunu iddia edir. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"