"Saakaşvilinin taleyi Kremli maraqlandırmır" - Putinin sözçüsü

02 oktyabr, 2021 00:35

Kreml vətənində saxlanılan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin taleyi ilə maraqlanmır.

Azsiyaset” xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Saakaşvili ətrafında baş verən hadisələrin gedişatı Kremli təəccübləndirirmi və ümumiyyətlə Moskva Gürcüstanın keçmiş prezidentinin sonrakı taleyi ilə maraqlanırmı sualına “Bizə onun taleyi maraqlı deyil”, cavabını verib.