Ermənistandan demarkasiya və delimitasiya prosesi barədə AÇIQLAMA

02 oktyabr, 2021 09:34

“Bakı hazırdırsa, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır”. 

Azsiyaset” xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib:

“Ermənistan sərhədlərin demarkasiyasına hazırdır. Əgər Azərbaycanda ciddi hazırlıq varsa, düşünürəm ki, Rusiyanın vasitəçiliyi ilə irəliləyə və demarkasiya və delimitasiya prosesinə başlaya bilərik. Ermənistanla Azərbaycan arasında mövcud olan bu məsələyə aydınlıq gətirə bilərik və sonra qalan bütün məsələlərin hamısını həll etməyə çalışacağıq”.