Rusiya Müdafiə Nazirliyi yeni xəritə yaydı - FOTO

02 oktyabr, 2021 16:15

Xəbər verdiyimiz kimi, sentyabrın 26-dan etibarən son 5 gün ərzində 10 noyabr üçtərəfli razılaşmasına əsasən Azərbaycan Respublikası ərazisinin hazırda ermənilər yaşayan əraziləri, o cümlədən Laçın rayonunun  bir hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti heç bir əsas olmadan Tərtər rayonunun Qapanlı kəndini də məsuliyyət zonasına daxil edib. Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı sülhməramlı birləşmələrin məsulliyyət zonası, dislokasiyası və patrul marşrutlarını əks etdirən 26 avqust 2021-ci il tarixinə aid xəritədən bəlli olub. Həmin xəritədə Tərtər rayonunun Qapanlı kəndi Rusiya hərbi birləşmələrinin patrul marşrutuna da daxil edilib.

"Azsiyaset" xəbər verir ki, dünən – oktyabrın 1-i axşam saatlarından Rusiya MN-in rəsmi saytındakı Qarabağdakı sülhməramlı birləşmələrə aid bölmədə yerləşdirilən xəritədən Tərtər rayonunun Qapanlı kəndinin adı çıxarılıb. Bundan əlavə, əvvəlki günlərin xəritələrində qeyd olunmuş bir sıra strateji yüksəkliklər, o cümlədən Laçın rayonu ərazisindəki Bəzirgan, Şuşa rayonu ərazisindəki “2072”, Uzunyal, Keçəldağ, Kəlbəcər rayonu ərazisindəki Buzdux və Sarıdağ Ağdam rayonu ərazisindəki Qalınqaya, Xocavənd rayonu ərazisindəki “636” adlı yüksəkliklər də xaric edilib.

Ola bilsin, burada son günlər Azərbaycan ictimaiyyətinin media və sosial şəbəkələrdəki etirazları da böyük rol oynayıb. Lakin bu halın müvəqqəti xarakter daşıyıb-daşımadığını söyləmək mümkün deyil. Çünki xüsusən son iki ay müddətində Rusiya sülhməramlı(?) hərbi kontingenti  dəfələrlə məsulliyyət zonalarına aid xəritələrə daxil etdikləri(əsasən Laçın dəhlizi ətrafı və Şuşa rayonu ərazisində) kənd və strateji yüksəkliklərimizin adlarını çıxardıqdan bir neçə gün sonra təkrar olaraq qeyd edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"