"Ermənilər İranın Ermənistana göndərdiyi yardımı heç vaxt unutmayacaq" - Paşinyandan etiraflar

04 oktyabr, 2021 10:30

"Ermənistan heç vaxt İrana qarşı sui-qəsddə iştirak etməyib və heç vaxt iştirak etməyəcək. Üstəlik, Tehranla münasibətlər İrəvan üçün son dərəcə vacibdir".

"Armenpress" xəbər verir ki, bu sensasion etirafı Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Litvanın erməni icması ilə görüşündə səsləndirib.

Paşinyan İranın maraqlarının Ermənistan üçün "çox əziz olduğunu" və rəsmi İrəvanın İranın maraqlarına heç vaxt xəyanət etməyəcəyi fikrini ifadə edib. O, rəsmi Tehranın bunu yaxşı bildiyinə əminliyini ifadə edib.

"Əminəm ki, İranlı həmkarlarımız bunu bilirlər - Ermənistan heç vaxt İrana qarşı sui -qəsddə iştirak etməyib və etməyəcək, çünki bu münasibətlər bizim üçün son dərəcə vacibdir. 90-cı illərin əvvəllərində İranın bizim üçün "həyat yolu" olduğunu heç vaxt unutmayacağıq", - Paşinyan bildirib.

O qeyd edib ki, ikitərəfli münasibətlərin əsasını digər məsələlərlə yanaşı, məhz bu amil təşkil edir. Paşinyan İranın yeni prezidenti Rəisi ilə iki görüşün keçirdiyini vurğulayıb. Ermənistan hökumətinin başçısı hesab edir ki, bu fakt Tehranla münasibətlərin İrəvan üçün nə qədər önəmli olduğunu göstərir.

Paşinyan onu da vurğulayıb ki, hazırda Ermənistan-İran iqtisadi əlaqələri sanksiyalara görə tam həcmdə inkişaf edə bilmir. "Lakin Ermənistanın İranla böyük layihələri var. İran prezidenti ilə görüşdə bu layihələrin həyata keçirilməsini sürətləndirməyi təklif etmişəm".

Söhbət İran şirkəti ilə birlikdə İslam Respublikasına üçüncü elektrik ötürmə xəttinin inşasının sürətləndirilməsindən, həmçinin "elektrik enerjisi qarşılığında qaz" iqtisadi formulasının tətbiqindən gedir.

Paşinyan qeyd edib ki, İranın ali rəhbərliyi ilə görüşlərdə Meqri su anbarı və hidroelektrik stansiyasının tikilməsi layihəsinə qayıtmağı təklif edirdi. O qeyd edib ki, layihənin həyata keçirilməsi təkcə birgə enerji idarəçiliyi baxımından deyil, həm də su qaynaqları baxımından son dərəcə əhəmiyyətlidir.

Baş nazir, həmçinin Araz çayının Ağarak mis-molibden zavodunun zənginləşdirmə zavodunun çirkab suları ilə çirklənməsi ilə bağlı problemin həll olunduğunu vurğulayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"