Rusiya səsdən 10 qat sürətli raketi sınaqdan keçirdi - Raket nüvə enerjisi ilə işləyən sualtı gəmidən buraxılıb

05 oktyabr, 2021 00:59

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) hipersəs sürətə malik “Tsirkon” adlı raketi sınaqdan keçirib.

"Azsiyaset" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Barents dənizində keçirilən sınaqlar zamanı raket nüvə enerjisi ilə işləyən sualtı gəmidən buraxılıb və əvvəlcədən müəyyən edilmiş hədəfə zərbə endirə bilib. 

Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ildə “Tsirkon”un səsdən 10 qat çox sürətlə hərəkət edə biləcəyini demişdi.