İrana məxsus 7 dron Azərbaycanla sərhəddə uçuşa başladı

06 oktyabr, 2021 15:15

İran Azərbaycanla sərhəd yaxınlığında pilotsuz uçuş aparatlarını havaya qaldırıb.

"Azsiyaset" xəbər verir ki, rəsmi Tehran “Shahed-191” pilotsuz uçuş aparatlarını havaya qaldırıb.

7 dron Azərbaycan sərhədi boyunca hərəkət etdikdən sonra öz bazalarına qayıdıb.